Qadin.NET / Məsləhətə ehtiyacı olan Qadın.Net-li ...

Məsləhətə ehtiyacı olan Qadın.Net-li ...

 


 

Salam əziz Qadin.Net-li xanımlarımız.

Bu xəbəri hazırlamaqda məqsədim odur ki,həm mənə biraz təskinlik və rahatlıq bəxş edəsiniz .Həm də mənə lazımlı məsləhətlər verəsiniz.

Xəbərin yazılma saatı xəbərdə göstərilməsə də qoy mən deyim.Saat 06-46-dır.

  Artıq bu gun 9-cu aya keçdim.Əvvəl əvvəl o qədər də narahat deyildim doğuşun necə keçəcəyi barədə.Amma bir neçə həftədir ki narahatam.Buna səbəblərdən biri də doğuş həkiminin yanına danışmağa getdik.O,mənə çanağımın çox balaca olduğunu,keyser olma ehtimalının 50/50-yə olduğunu dedi.İndi həm doğuşa,onun ağrılarına görə qorxuram,həm də birdən keyser olaram ondan qorxuram.

  Hə,birdə mən nədən də olmasa gözlənilməz qonaqdan bolam. 2 gündür qrip tutmuşam.Deyirlər bu ayda qrip tutmaq uşağa da ziyandır.Həm də su bulanıq olur.Son 2 gündə də bunun dərdini çəkirəm.

  Bilmirəm doğuş nə vaxt olacaq,necə olacaq,həmin vaxtı nə etməliyəm,ora gedəndə nələr aparmalıyam?Uşaq necə olacaq,baxa biləcəyəmmi?Eh bir sözlə beynim qarma qarışıqdır.

Anamı istəyirəm,anamdan soruşmaq istərdim bunları  amma o da rayonda qalır.

Həkim deyir uzağı ayın axırı doğuş olacaq. Mənə məsləhətlər verin qızlar xahiş edirəm.

28 avqust 2011
GO BACK