Körpənin cinsiyyəti nədir?
ABŞ universitetlərinin birində aparılan araşdırma zamanı, hamiləlik əsnasında 11 kiloqramdan çox çəki alan anaların oğlan uşağı dünyaya gətirmə ehtimalı 50% -dən çoxdur. 18 kiloqram aldısa 52,5 %, 27 kiloqram aldısa bu ehtimal 54 % olur. Səbəbi tam olaraq bilinməsə də, oğlan olacaq embrion metobolizmanı sürətləndirir və daha çox kaloriyaya ehtiyac duyur deyə düşünülür. Oğlan uşaqları qız uşaqlaranı nisbətdə 100 qram daha ağır olurlar.
Hamiləlik zamanı alınan çəkiyə diqqət edin
Hamiləlik dövründə alınan çəki ananın boyuna görə dəyişir. Mütəxəssislər hamiləlik ərzində 10-17 kiloqram arasında çəki almağı normal hesab edir. Çəki artımı ilk 3 ayda az, sonrakı 6 ayda daha çoxdur. Artıq çəkisi olanlar bunu nəzərə almalıdır.
Əgər körpə oğlandırsa, artıq çəki almaq mümkündür. Bu artıq çəki almaqla oğlan uşağına sahib olacağınız mənasına gəlmir. Hamiləlikdə çəkiyə diqqət etməlisiniz. Həkim nəzarətində olmalısınız.