Hamiləlik dövründə qadınların ən çox əziyyət çəkdiyi hal ürək bulanmasıdır. Hamilələr qadınlar bu halın öhdəsindən necə gəlməlidir?
Mütəxəssislər nə məsləhət görür?
- Hər iki saatda bir ( həddini aşmamaq şərti ilə) sağlam qidalanmalı.
- Səhər oyandıqda mədənizin bulanmaması üçün gecə yatmadan əvvəl nəsə yeməlisiniz.
- Qidaları çeynəyətək yavaş - yavaş yeməlisiniz.
- Qoxusunu sevmədiyiniz bir yeməyi bişirmək üçün yoldaşınızdan kömək istəyib ordan uzaqlaşmalısınız.
- Yağlı qidalar bulantını artırdığı üçün xəfif qidalar yeməlisiniz.
- Yemək yedikdən sonra mədənizin bulmamamsı üçün başınızı yüksək bir yerə qoyub dincəlməlisiniz.