Ana qarnında körpələrin 9 ay ərzində nə etdiyi və nəyi öyrəndiyi hamının maraq dairəsindədir. Son vaxtlar aparılan araşdırmaları sizə təqdim edirik.
Dadları öyrənirlər
Ana namizədlərinin hamiləlik dövründə yediyi qidaların uşaqlara təsir etdiyi müəyyənləşdirilmişdir. 8-9 yaşındakı uşağın ən sevdiyi yeməyin anası ilə eyni olması bunu göstərir.
Kəlimələri ayırd edir
Araşdırmalarda yeni doğulan körpələrin insan danışığına və öz səslərinə verdikləri reaksiyalar müşahidə edildi. Öz səslərinə verdikləri reaksiya digər səslərə verdikləri reaksiyadan fərqlidir.
Musiqini kəşf edirlər
Musiqi dinləyən ana namizədləri körpənin musiqi reaksiya verdiyini görmüşdür.