Qanaxma
Hamiləliyin başlanğıcında görülən qanaxmalar anormal bir hal olaraq qəbul edilməz. Fəqət ilk 3 aydan sonra qasıq bölgəsi ağrayırsa, qanaxma olursa, həkimə getməlisiniz.
Tez-tez qusma
İlk günlərdə görülən qusma normal sayılsa da, doğuşa yaxın baş verən qusmalar bağırsaq və mədə problemlindən qaynaqlana bilir.
Qarın ağrısı
Hamiləliyin 8 həftəsindən əvvəl görülən şiddətli qarın ağrıları, fetüsün düzgün yerə tutunmadığının götəricisi ola bilir.
Qızdırma
37,5 yuxarı istilik infeksiya göstəricisindən əlavə, kifayət qədər maye qəbul edilmədiyinin də göstəricisi ola bilir.
Qarında hərəkətsizlik
Körpənin uzun müddət hərəkət etmədiyini düşünürsünüzsə, 1 fincan meyvə suyu qəbul edərək sol tərəfə uzanmalısınız. 1 saat keçdikdən sonra körpəniz hələ də hərəkət etmirsə, həkimə gedin.