Günümüzdə bir çox qadın, hamiləlikdən sonra ayaqlarının böyüməsindən şikayətçi olur. Bəs bunun əsl səbəbi nədir?
Son vaxtlar aparılan araşdırmaya görə, ilk dəfə ana olacaq qadınların ayaqlarından doğumdan sonra qalıcı dəyişikliklər yaranır. Araşdırma, anaların bu müddət ərzində aldıqları çəkinin ayaq altının düzləşməsinə səbəb olur.
Araşdırmaya görə, qadınların yarısından çoxubda ayaqlarının doğumdan sonra böyük qaldığı müşahidə edilmişdir. Bunun əsas səbəbinin də bu dövrdə aldıqları çəki ilə əlaqələndirilir.
Əldə edilən nəticələrə görə bu hal ancaq ilk dəfə ana olacaq qadınlarda rast gəlinir.