Hamiləliyim əsnasında vitamin həblərdən istifadə etməliyəmmi? Bu sualın cavabı çox ananı maraqlandırır.
Analığa namizədlər yedikləri qidaların bətnindəki körpənin inkişafı üçün kafi olduğundan əmin ola bilməzlər. Çoxlarına vitamin həbləri praktik və etibarlı həll yolu kimi görünür. Halbuki, elm dünyasında vitamin həblərindən istifadə hər zaman müzakirə mövzusu olaraq qalır.
Amerika Milli Elmlər Akademiyasında keçirilən yığıncaqlarda hamilələrin vitamin həblərindən istifadəsinin dəstəklənməsi üçün kifayət qədər dəlil olmadığı irəli sürülür. Alimlər müəyyən vitamin və mineralların həb formasında verilməsinin bütün hamilələr üçün faydalı olub-olmamasının daha çox araşdırılmalı olduğunu düşünürlər. Buna görə də hamiləliyi izləyən həkim gələcək ananın dietasını diqqətlə qiymətləndirməli olduğunu və ancaq əskiklik olduğu halda, vitamin verilməsini təklif edir. Ancaq bəzi xüsusi vəziyyətlərdə təkrarlanan vitaminlərin əlavə edilməsi lazımdır. Vegetarianlar, bətnində birdən çox körpə daşıyanlar, siqaret çəkənlər və spirtli içkilərdən istifadə edənlər xüsusi vitamin cədvəlinə daxildirlər.
Ümumiyyətlə, sağlam hamilələrin özləri və körpələri üçün lazım olan bütün ehtiyacları qidalarla ala biləcəkləri fikri geniş yayılıb. Ancaq bu qiymətləndirmə aparılarkən qidalarda olan vitamin və minerallardan maksimum dərəcədə faydalanmaq düşüncəsi meydana gəlir. Bu zaman yeməklərin saxlanma, hazırlanma və bişirilmə müddətində vitaminlərin dəyərini itirməsi kimi dəyişiklikləri də göz önündə saxlamaq lazımdır. Hamilə qadın yeməklərin vitamin və minerallarının qorunmaqla hazırlandığı bir laboratoriyada yaşasa, aldığı gündəlik vitamin miqdarı təbii şəraitdə yaşayan və qidalanan hamilə qadınların aldığı gündəlik vitamin miqdarından üstün ola bilər. Ancaq bu mövzunu araşdıran və yaxşı bilən mütəxəssislər ümumi bir fikrə gəliblər ki, hamilə qadın təbii qidalara - meyvə və şirələrə üstünlük verməklə yanaşı, hamiləliyin orta dövründə vitamin həblərindən istifadə edə bilər.