-Ağrılarınız başladıqdan sonra maye qidaları seçin. Bağırsaqlarınızın boş olması doğumu asanlaşdırar.
-Xəstəxanaya getmədən əvvəl ilıq bir duş al;b rahatlayın.
-Sularınız gəldisə ayaqda dayanmayın, ən yaxın sağlamlıq quruluşuna müraciət edin.
-Qorxmayın. Qorxu və narahatlıq ağrılarınızın nizamını pozaraq doğumun uzanmasına səbəb olar.
-İki ağrı arasında nizamlı nəfəs alıb verərək özünüzü və körpənizi rahatlaşdırın.
-Zamanı gəlmədən güc verməyin.
-Dərin dərin nəfəs alın. Sancı gəldiyində ağızınızı bağlayın, çənənizi sinənizə söykəyib, əllərinizlə bir yerdən doğum masası və ya yatağın kənar;ndan dəstək alaraq bütün gücünüzlə aşağıya doğru verin.
-Körpənizin başı doğulana qədər güc verməyə davam edin.
-Körpənizin doğulmasıyla doğum hadisəsi hələ bitməmişdir. Sıra ətənə bərabər doğumuna gəlmişdir. Bu mərhələdə çox ağrı hiss edilməz.
-Qarınınıza ediləcək masajla bərabər ayrılması asanlaşar.
-Dərin dərin nəfəs alın.
-Beləcə doğum hadisəsi sizin də köməyinizlə sağlam və asan bir şəkildə tamamlanmışdır.
-Doğumdan sonra uşaqlıq köhnə halına dönmək üçün sıxılar. Buna bağlı olaraq da qarınınızda yüngül sərtlik və ağrı meydana gələr. Bu vəziyyət normaldır. Qarınınıza edəcəyiniz yüngül masaj uşaqlığın tez toplanmasını təmin edərək doğum sonu qanamalarını azaldar.
-Doğumdan sonrakı ilk yarım saat içərisində körpənizi əmizdirməyə başlayın. Bu həm doğum qanamalarını azaldar həm də körpənizlə aranızda yaxşı bir bağ qurar.
Unutmayın bu məlumatlar istiqamətində göstərəcəyiniz səylərlə rahat və asan bir doğum edə bilərsiniz!