Qadin.NET / Hamiləliyin 9-cu ayında nələr olur?

Hamiləliyin 9-cu ayında nələr olur?

Hamiləliyin 9-cu ayında nələr olur?

  Üzdünüz-üzdünüz, quyruğuna gəldiniz. Artıq əməllicə ağırlaşdınız, həyəcanınız artmaqdadır və hər an doğumu gözləyirsiniz.Budur, hamiləliyin həm çətin, həm də ən həyəcanlı bu son ayında körpənizin vəziyyətinə, sizi nələrin gözlədiyinə və nə etmək lazım olduğuna baxaq...
9-cu ayda körpə nə vəziyyətdədir?
Körpənizin inkişafı tamamlanmaq üzrədir. Orqanları yetkinləşməkdədir. Baş sümükləri doğumu asanlaşdırmaq üçün yumşaq və elastikdir. Əksəriyyətlə körpə uşaqlıq boyuna doğru tərs dayanmaqdadır. Hərəkət edəcək sahə kiçildiyi üçün daha az hərəkətlidir. Yuxu və oyanıqlıq dövrləri vardır. Körpənin boyu təxminən 45-50 sm ətrafında, ağırlığı 2700 - 3500 qr ətrafındadır. Gedərək daha totuşlaşmaqdadır. Körpənin dərisi çəhrayı rəng almaqdadır. Göz rəngi tünd bozdur, doğumdan bir neçə ay sonrasına qədər öz rəngini tapacaq. Dırnaqları tamamlanmışdır,uzana bilər.
9-cu ayda ana nə vəziyyətdədir?
Qarınınızın altında təzyiq artımı və körpənin aşağıya doğru enişini hiss edə bilərsiniz. Bu vəziyyətə öhdəlik deyilir. Nəfəs alma və yemək mövzusunda bir az daha rahatlasanız da, sıx sidiyə getmək və gəzmək çətinləşir. Özünüzü çox iri və narahat hiss edə bilərsiniz. Kədərlənməyin; kitab oxumaq, kinoya getmək kimi fəaliyyətlərlə kefli vaxt keçirə bilərsiniz. Braxton Hicks sıxılmaları (sancılar) sıxlaşar. 1 saat içində 4 və ya daha çox sıxılma olsa, həkiminizə xəbər verin. İştahınız azala və ya arta bilər. Qəbizlik şikayətiniz arta bilər. Ombanızda narahatlıq və ağrı hiss edə bilərsiniz. Əlləriniz və ayaqlarınız, bəzən əl və üzünüz şişə bilər. Oturduğunuz yerdən qalxmaqda çətinlik çəkə bilərsiniz. Düz arxalıqlı və ya qollu kürsülərə oturmağı seçin. Qalxarkən dəstək ala bilərsiniz. Mədədə yanma, həzmsizlik şikayətləriniz ola bilər. Diş əti qanamaları ola bilər. Yatmaqda çətinlik çəkə bilərsiniz. Özünüzü zaman-zaman yorğun, zaman-zaman da enerjili hiss edə bilərsiniz.
9-cu ayda edilməsi lazım olanlar
Qan təzyiqiniz və kilonuz ölçülməli, sidiyiniz analiz edilməlidir. Əl, ayaq, qıçlar müayinə edilməli. Təzyiq yüksəkliyinə baxılmalı. Ürək atışları müayinə edilməli. Qarın müayinəsi ilə körpənin mövqe, inkişaf etmə şəkli və ölçülərinə baxılmalı. Braxton Hicks sıxılmalarının sıxlığı (sancıların) müddətinə baxılmalı. Uşaqlıq ağzı genişləmə uçün müayinə edilməli.
Xoşbəxt son... 
24 iyul 2011
GO BACK