Qadin.NET / Hamilələrin gigiyenasi

Hamilələrin gigiyenasi

Hamilələrin gigiyenasi

Hamiləlik zamanı qadının bədəni ikiqat təsirə məruz qaldığı üçün onun şəxsi gigiyenası böyük əhəmiyyət kəsb edir.

VACİBDİR:
gündə 1-2 dəfə duş qəbul etmək, əgər belə imkan yoxdursa, bədəni ev temperaturunda olan suda isladılmış dəsmalla silmək;
gündə iki dəfə xarici cinsiyyət üzvlərini ilıq su və sabunla yumaq; (şırınqa etmədən!)
hər gün 20-22 ºC temperaturda 5-10 dəqiqədən başlayaraq, 20-30 dəqiqəyə qədər catdırmaqla hava vannaları qəbul etmək. Yayda gün vannaları, qışda və payızda isə ultrabənövşəyi şüalanma çox xeyirlidir;
döş vəzləri üçün alt paltarı rahat, düzgün ölçülü və təbii parçadan olmalıdır;


geyim rahat olmalı, döş qəfəsinə, qarna və ayaqlara təzyiq göstərməməlidir;
ayaqqabının dabanı enli və alçaq olmalıdır;
7 aydan sonra dərinin həddən artıq dartılmanın qarşısını almaq üçün xüsusi bandac taxmaq lazımdır;
havası təmiz otaqda gündə 8-9 saat yatmaq;
ağırlıq qaldırmaq, kəskin hərəkətlər etmək olmaz;
emosional streslərə yol verməyin;
siqaret çəkilən otaqda olmayın, özünüz də siqaretdən imtina edin. Yaddan çıxarmayın ki, siqaret çəkən anaların körpələri az çəkili, zəif olur və onlarda süd yarnma pozulur;
alkohollu içkilər qəbul etməyin;
gündə 2 saatdan az olmayarq təmiz havada olmaq, çox hərəkət etmək;
ilk 3 ay və son 2 ay ərzində cinsi əlaqədə olmayın. Bu cinsi yolla keçən infeksiyalara yoluxmanın, düşüklərin və vaxtından əvəl doğuşların qarşısını ala bilər;
hamiləlik dövrünə uyğun idman hərəkətlərini yerinə yetirmək.
8 fevral 2010
GO BACK