Qadin.NET / Bahar hamiləliyinə diqqət!

Bahar hamiləliyinə diqqət!

 

Bahar hamiləliyinə diqqət!

 

Yazın gəlməsi ilə halsızlıq, oynaq ağrısı, davamlı yatmaq istəyi ilə birlikdə bahar yorğunluğu da öz təsirini göstərir. Qadınların beşdə biri hamilə olarkən yaz aylarında küsəyənlik, qayğı, stress və obsessiya kimi depresiya əlamətləri yaşayır.

Yaz aylarında hamiləliyin davamını təmin edən proqesteron hormonunun qadınların xoşbəxt olmama hissinə qapılmalarına səbəb olduğunu bildirən Qadın Xəstəlikləri və Doğum mütəxəssisi həkim Ümit Zeteroğlu, "Bədən su saxlayır, bağırsaq hərəkətləri yavaşlayır, əl və ayaqlarda şiş olur. İnsanlar istəksiz və iş həyatındakı stresslərə qarşı daha dözümsüzdür. Yeni biehəyata adaptasiya olma s

yi ilə yaranan stress, yaz gəlməsi ilə yaranana hormonal dəyişikliklər səbəbi ilə ana namizədlərini narahat edir. Xüsusilə, hamiləliyin son dövrlərini yaşayanlar yaz depresiyası və yorğunluğunu daha çox hiss edir" dedi.

 

Bahar hamiləliyinə diqqət!

 

Hamiləlikdə yaz depresiyası əlamətləri nələrdir?

Hamiləlik hormonlarının yaz depresiyasına təsir etdiyini, sadəcə var olan cədvəlin ağırlaşdırdığını bildirən həkim Ümit Zeteroğlu yaz depresiyası əlamətlərini bu şəkildə sıraladı:

Davamlı məyusluq, diqqəti cəmləyə bilməmə, çox az və ya çox uzun müddət yatma, normalda sevdiyi şeylərdən artıq zövq ala bilməmək, ümidsizlik, əsəbilik, günahkarlıq hissi, yemə vərdişlərində dəyişiklik, sosiallaşmaqdan qaçmaq, yaddaş zəifliyi, davamlı və anidən ağlama yaz depresiyasının birinci əlamətləridir.

 

Bahar hamiləliyinə diqqət!

 

Depresiyanın qarşısını almaq üçün nə etməli?

Yaz yorğunluğu və depresiyasından xilas olmaq üçün ata namizədərinin bu dövrün keçici bir vəziyyət olmasını qəbullənib, daha anlayışlı davranmalarının lazım olduğunu bildirən həkim Ümit Zeteroğlu, müəyyən tövsiyələr verdi.

- Daha sakit bir həyat tərcih edilməlidir.

- Həm ətraf, həm ev, həm də iş problemləri azaldılmalıdır.

- Gün daxilində iş planları daha az olacaq şəkildə nizamlanmalıdır.

- Özünə aid daha çox və daha keyfiyyətli zaman yaradılmalıdır.

- Səhər-axşam 30-40 dəqiqə təmiz havalı bir mühitdə yürüş və yoqa, pilates kim həm bədəni, həm də ruhi stresdən uzaqlaşdıracaq idmanlar edilməlidir.

- Toyuq, qırmızı ət, həftədə ən az 2 dəfə balıq yeyilməlidir.

- Gündə ən az 2,5-3 litr maye qəbul edilməlidir.

- Qızartma, ağır, yağlı qidalar, çox miqdarda karbonat alınmamalıdır.

- Həzmi çətin yeməkdən uzaq dayanılmalıdır.

- Yemək saatlarına mütləq diqqət edilməlidir.

- Gündə 3 əsas yemək, ara yeməklərdə də mütləq qatıq, meyvə, yüngül sendivinc yeyilməlidir.

 

 

11 may 2017
GO BACK