Qadin.NET / Hamiləlik zamanı qrip

Hamiləlik zamanı qrip

Hamiləlik zamanı qrip

Qrip bir anda insanın bütün enerjisini alır. Hamilələr qrip olanda isə ana namizədlərinin həyatı çox daha çətin bir vəziyyətə gəlir. Hamiləlikdə bədən immunitet sisteminə təzyiqlərin olunması nəticəsində bədən qrip və digər infeksiyalara qarşı qorunmasız qalır. Qrip ana namizədlərinin həqiqətən özlərini pis hiss etmələrinə diqqət çəkən Okan Universiteti qadın xəstəlikləri və doğum mütəxəsisi həkim Cihan Karadağ bu sözləri söylədi:

"Ayrıca hamilələrin qripin əlamətlərini yüngülləşdirmək üçün öksürək sirobu və digər dərmanları istifadə edə bilməyəcəyini fikirləşərək vəziyyətinin hamilələr üçün nə qədər çətinləşdiyini təxmin edə bilirik. Amma bunu da unutmamaq lazımdır ki, qrip müalicəsində istifadə olunan bu dərmanların çoxu qrip əlamətlərini yox edir. Bizə rahatsızlıq verən bu virusu yox etmək üçün, bu dərmanları istifadə etməyərək də çox şey itirmədiyimizi söyləyə bilərik. Unutmaq olmaz ki, qrip virus yolu ilə keçən bir xəstəlikdir və bu yolla keçən xəstəliklərdə antibiotiklərdən istifadə edilməməlidir. Lazımsız antibiotik qəbulundan da uzaq durulmalıdır.

Hamiləlik zamanı qrip

Hamiləykən qrip olduğumuzda nə etməli?

Həkim Cihan Karadağ hamilələrə köməklik göstərərək bunları sıraladı:

- Bol maye için. Su, limonlu çay, meyvə suyu və isti şorba ideal seçimdir. Bol maye içmək burun axmasını, halsızlığı azaldacaq, sağalma müddətini tezləşdirəcək və öksürməyin azalmasına köməklik göstərəcək.

- Çox dincəlin. Xəstəlik bədəninizə ağırlıq salacaqdır. İdeal bir mühitdə yorğun olan bədəninizi dincəldin. 

- Otaq istiliyini və nəm dərəcəsini tarazlaşdırın. Dincəldiyiniz otağın normal istilikdə olmasına və havasının çox quru olmamasına diqqət yetirin. Azca nəmli bir otaq havası öksürüyə, burun və boğazınıza yaxşı gələcəkdir.

- Boğazınızı rahatlaşdırın. İlıq duzlu su ilə gündə bir neçə dəfə qarqara etmək ya da ballı ilıq limonlu su içmək boğazınızı rahatlaşdıracaq, eyni zamanda öksürməni də azaldacaqdır.

8 aprel 2017
GO BACK