Qadin.NET / Hamiləlikdə ishal

Hamiləlikdə ishal

Hamiləlikdə ishal

Hamiləlikdə ishalın səbəblərindən bir qida zəhərlənməsidir. Hamilə qadınlar bu vəziyyətdə bir neçə saat ərzində qızdırma və ağrı baş verə bilir və ya xəstəxanaya getmək üçün səbəb yaradacaq bakteriya yarana bilir. Qida zəhərlənməsi adətən qızdırma və titrəmə ilə başlayır, mədə bulantısı, ishal, susuz qalma ilə davam edir. Bəzən şiddətli vəziyyətlərdə hamilə qadın ishalla bərabər baş ağrısı və boyun tutulması ola bilir. 

Mədə virusları hamiləlikdə ishalın səbəbləri arasındadır və mədə tutmaları baş verə bilir. Bir körpə daşımaq hamilə qadının vücuduna vacib miqdarda stres yaradar və mədə ilə bağlı bəzi xəstəliklərdə bədən müdafiəsiz qala bilir. Mədə virusları xəfif və şiddətli olur. Hamilə qadının immunitet sisteminin gücünə görə adətən 1 və ya 10 gün davam edə bilir.

Hamiləlikdə ishal

 

Hormon səviyyəsindəki dalğalanmalar da hamiləlikdə ishala yol aça bilir. Bir çox qadına hamiləlik hormonu səviyyəsinin artması həzm sistemini rahatladır və yavaşladır. Bu da ishal başalada bilir. Ayrıca hər bir qadın doğumdan əvvəl ishal şikayəti yaşaya bilir. Bunun səbəbi də bəzi qadınlarda doğumdan əvvəl vücududa artan hormon miqdarı ilə əlaqəlidir.

Qidalanmada edilən dəyişikliklər də hamiləlikdə ishala səbəb olur. Bir çox qadın vücudda böyüməkdə olan körpəni qidalandırmaq üçün həddindən artıq meyvə və tərəvəzlə qidalanırlar. Bu da ishala səbəb olur. Hamiləlikdə süd və süd məhsullarından istifadənin artırılması da ishala səbəb ola bilir.

 

 

31 yanvar 2017
GO BACK