Qadin.NET / Hamiləliyi sevmək üçün 10 səbəb

Hamiləliyi sevmək üçün 10 səbəb

 Hamiləliyi sevmək üçün 10 səbəb

Hamilə olmağın çox xüsusi bir hiss olduğunu ifadə edən mütəxəssislər bu dövrdə yaşanan bəzi çətinliklərə baxmayaraq, qadınların başına gələn ən gözəl şeyin hamiləlik olduğunu ifadə edir. Yaxşı, bəs qadınlar hamilə olmağı niyə sevirlər? Bu da hamiləliyi sevmək üçün 10 səbəb…

1. İndiki dövrdə hamilə paltarları normalda istifadə etdiyimiz paltarlardan daha qəşəngdir. Həm də "Qarnım çıxdı, yanım çox böyük görünür" kimi dərdləriniz də ortadan qalxar.

2. Ətrafınızdakı heç tanımadığınız insanlar belə sizə gülümsəyər, qapıları sizin üçün açar, nəqliyyat vasitələrində sizə yer verərlər. Beləliklə, özünüzü hər vaxt özəl və əhəmiyyətli hiss edərsiniz.

3. Hamiləliyiniz boyunca kimsə sizdən yemək bişirməyi, iş görməyi tələb etməz. Səhər tezdən qalxıb işə getmək, ayın sonuna qədər işlərinizi yetişdirmək üçün stress keçirməsinə ehtiyac yoxdur.

4. Heç tanımadığınız ana olmağa namizədi gördüyünüz zaman daha əvvəldən tanıyırmış və bir şeylər paylaşırmış kimi bir-birinizə gülümsəyərsiniz.

5. Körpənizə ad tapmaq üçün saatlarla düşünmək qədər vaxtınız vardır. Bunun üçün günlərinizi belə verə bilərsiniz.

6. Bütün yemək məkanlarında uzun növbəyə baxmayaraq, sıranızı gözləmədən oturub nuşcanlıqla yeməyinizi yeyə bilərsiniz.

7. Əvvəllər kiçik nömrə ayaqqabıları tapmaqda çətinlik çəkərkən, bir nömrə böyüyən ayaqlarınıza artıq istədiyiniz ayaqqabını tapa bilərsiniz.

8. Xüsusilə sinələrinin kiçikliyindən şikayətçi olan qadınlar üçün bunun keyfini çıxarmanın əsl vaxtıdır.

9. Alış-verişdən evə dönərkən hər zaman əlinizdəki paketlərə kömək edəcək insanlar olacaq.

10. Saçlarınız heç olmadığı qədər qalın və parlaqdır.

Əlbəttə, sadalananlarda həqiqət payı var. Amma hamiləliyi sevmənin əsas səbəbi doğulacaq körpəni öz bətnində daşımaq, onun gündən-günə böyüməsini müşahidə etmək, hər tərpənişində bətnində onu hiss etmək və gəlişini səbirlə gözləməkdir. Bütün qadınlarımıza ana olmaq qismət olsun, inşallah!

8 iyun 2011
GO BACK