Qadin.NET / Can sıxan çatlaqlara son

Can sıxan çatlaqlara son

Hər 100 qadının 90-nında reallaşan çatlaqları yaxında tanıyaraq onlara qarşı necə tədbir alınacağını öyrənəcəyik. Səbəbi hormonlara görə dərinin quruluşunun dəyişməsi olan bu narahatlığın başqa səbəblərini, risk altında olanlarını və olmaması üçün nələr edilməsi lazım olduğunu öyrənmək istəyirsiniz?

Risk altında olan şəxslər

Rəngi ağ olub dərisi həssas və incə olan hamilələr. Ailəsində (ana, bacı) hamiləliyində çatlaqlarla qarşılaşılmışsa, birdən çox doğuş olubsa, sizin də qarşılaşma ehtimalınız normala nisbətən çox yüksəkdir.

Hamiləlik müddəti içərisində tez-tez kilo alıb verisinizsə, qidalanma nizamını qorumayan və maye qəbulunu lazımı qədər almayan hamilələrdə, hamiləliyin ilk aylarında siddətli bir şəkildə qusma və bulantıları olanlarda ən çox rast gəlinən hallardır.

Can sıxan çatlaqlara son

Necə tədbirlər ala bilərsiniz?

Həkiminizlə məsləhətləşərək bir krem alıb onu üçüncü aydan etibarən tövsiyyə edildiyi şəkildə istifadə edə bilərsiniz.

Badam yağı, ya da kakao yağına qarşı bir allergiyanız yoxdursa, onları da istifadə edib yaxşı nəticələr əldə edə bilərsiniz. Əgər istifadə baxımından digər kremlər sizi tərəddüt etdirirsə, sizlər də E vitamini ya alfahidroksik turşu tərkibli losyınlardan faydalana bilərsiniz.

Bolluca maye qəbul etməlisiniz. Gündə ən azı 6-8 stəkan su içməli, mümkün qədər sulu meyvələr yemək lazımdır. Çəkinizi nəzarət altında tutmağa diqqət göstərməlisiniz. Qarnınızı həkiminizin tövsiyyə etdiyi kimi masaj edə bilər və məşqlərə başlaya bilərsiniz.

İstəsəniz, Suna Dumanlıkayanın bu mükəmməl krem düsturunu istifadə edə bilərsiniz.

Təkibi: 1 ədəd limon suyu, 50 qram çiyələk yağı və 50 qram şirin badam yağı.

İstifadəsi: 50 qram çiyələk yağı, 50 qram şirin badam yağı və 1 ədəd limonun təzə sıxılmış suyu uyğun bir kasanın içində qarışdırılır. Arxasından bu düsturla hazırlanan krem hamiləlikdə dəriyə qulluq kremi kimi hər gün qarın və qıç bölgələrinə sürtülür.

19 may 2016
GO BACK