Qadin.NET / Boş döl yumurtası sindromu və əlamətləri

Boş döl yumurtası sindromu və əlamətləri

Boş döl yumurtası sindromu və əlamətləri

Boş hamiləlik hamiləlik kisəsi içində embrionun (yəni körpənin) olması lazım olan həftədə görülməməsi deməkdir. Xalq arasında su hamiləliyi, tibb dilində anembrional hamiləlik adlanır. Son aybaşı tarixinə görə inkişafı və gedişatı normal olacaq bir hamiləlik isə 5 və 6-cı həftələrdə görülən hamiləlik kisəsinin içində 7 həftədən artıq embrion və ürək atışının görülməsi lazımdır. Xəstədə ilk müayinədə uşaqlıq içində olması lazım olan yerdə olması lazım olduğu kimi hamiləlik kisəsi görülməsi lazımdır. Ancaq kisə içində embrionu da görə bilmək üçün xəstə 7-ci həftədə yenidən müayinə edilir. Sağlam bir hamiləlikdə bu həftədə kisə içində embrionu və ürək atışını görmək lazımdır. Əgər hamiləlik kisəsi var, amma içində embrion görülmürsə, bu boş hamiləlik diaqnozudur. Boş hamiləlik əlamətləri ilə normal hamiləlik əlamətləri eynidir.

Ancaq boş hamiləlikdə bəzi hadisələrdə qəhvəyi ləkələnmə tərzində qanamalar ortaya çıxar. Boş hamiləliyin təkrarlama meyli yoxdur. Boş hamiləlik mövcud bir hamiləliyə xas bir vəziyyətdir. Yalnız bu hamiləlikdə yumurta, ya da sperma hüceyrəsinin keyfiyyət pozuqluğundan qaynaqlanır. Ana və atada qalıcı bir genetik problem yoxdursa, təkrarlanmaz. Belə vəziyyətlər xromosom  pozuqluğundan irəli gələ bilər.

Boş hamiləliyin müalicəsi abort edilməsi, yəni bu boş hamiləlikdən tibb müdaxilə ilə azad edilməkdir. Müdaxilə sonrası bir aybaşıdan sonra dərhal hamilə qalmaq olar.

Boş döl yumurtası sindromu və əlamətləri

Xarici hamiləlik nədir?

Qadın döllənmə hüceyrəsi - yumurta ilə kişi döllənmə hüceyrəsi - sperma yumurtalıq kanalı dediyimiz boruların 1/3 uterusa yaxın qismində bir araya gəlir və bölünərək çoxalır. Bu çoxalma əsnasında eyni zamanda öz ətrafında dönərək yuvarlanaraq döl içinə çatır və orada böyüməyə başlayır. Sağlam bir hamiləlik belədir. Ancaq borularda hər hansı bir problem varsa, bu hamiləlik materialı yuvarlanaraq yoluna davam edə bilməz və boruda qalıb böyüməyə davam edər. Borunun quruluşu döl içindəki boşluğu dediyimiz xüsusi boşluq kimi hamiləliyin böyüməsinə uyğun bir mühit deyil. Hamiləlik materialı bir müddət sonra burada borunun quruluşunu pozar, qanamağa səbəb olar .Bu vəziyyətə kənar hamiləlik (ektopik hamiləlik) deyilir. Xarici hamiləliyin təxminən 80%-i borulardadır. Daha az ehtimalla qarın içində, yumurtanın üzərində və servikal kanalda da ola bilər.

Xarici hamiləliyin erkən dövründə, əlbəttə, hamiləliyin ilk əlamətləri vardır. Təqib edilən günlərdə hamilə vaginal aldanma və qasıq ağrısı şikayətləri ilə mütəxəssisə baş vura bilər. Ancaq bu ağrı şiddətli bıçaq batar kimi dəyişik sıxlıqda hiss edilən bir ağrıdır.

Aybaşı ağrıları, vaginal qanama, şiddətli qasıq və qarın ağrısı şikayəti olan hamilələrdə müayinədə ələ gələn kütlə (boru hamiləliyinin olduğu tərəfdə kütləvi) müəyyən olunsa, həkim mütləq xarici hamiləlikdən şübhələnər. Əsasən ultrasəs müayinə ilə təsdiq edilir. Beta HCG deyilən qanda hamiləlik testinin dəyərləri istənilən səviyyədə yüksəlməkdədir. Gedişatı yaxşı olacaq döl içi inkişaf bir hamiləlikdə Beta HCG dediyimiz hamiləliyə xüsusi hormonun qan dəyərləri iki gündə bir iki qatına çıxar. Halbuki, xarici hamiləlikdə bu dəyər gözlənilən şəkildə yüksəlmə göstərməz.

Boş hamiləlikdə müalicə şəkli abort ilə sonlandırılması olarkən xarici hamiləlikdə müalicə metodu əksəriyyətlə cərrahidir. Qarın içi açılaraq, ya da laparoskopiya dediyimiz əməliyyatlarla olur.

20 may 2015
GO BACK