Qadin.NET / Keser əməliyyatının ana və körpəyə təsirləri

Keser əməliyyatının ana və körpəyə təsirləri

Keser əməliyyatının ana və körpəyə təsirləri

Keser
doğumların körpələr üzərində ola biləcək Təsirləri

    . tənəffüs problemləri
    . səbəbsiz ağlamalar
    . yatıştırılamayan ağlama fasilələri
    . əmizdirmə çətinlikləri
    . həddindən artıq hərəkətlilik və təpikləmə
    . kolik (mədə sancısı-qaz)
    . həzm çətinlikləri
    . qəbizlik
    . uşaqlıqda davam edən baş ağrıları
    . konsentrasiya və təhsil çətinliyi
    . təcavüzkar davranışlar
    . yuxu problemi
    . altını islatma

Normal doğum sonrasında da yuxarıdakı narahatlıqlar baş verə bilər. Təklif olunan müalicələri sınamaqda fayda vardır.

Keser əməliyyatının ana və körpəyə təsirləri

Keser doğumların analar üzərindəki ola biləcək duyğusal və fiziki təsirləri


Təbii doğum etmək istəyən ancaq doğumun uzanması sonunda keser əməliyyata razı salınan analarda xəyal qırıqlığı və günahkarlıq duyğusuna qapılırlar. Kifayət qədər cəhd etmədikləri ya da güclü olmadıqlarını fikirləşərək özlərini günahlandırarlar. Xüsusi bir anı, ovladının doğum anını qaçırdıqlarını düşünərək verdikləri qərardan peşman ola bilərlər. Belə bir ruh hallı ananın doğumu unutmaq istəməsinə səbəb ola bilər.

Duyğusal çətinlik yaşayan analara doğumda körpənin də bir rolu olduğunu xatırlatmaq lazımdır. Günahkarlıq duyğularına qapılmaq yerinə, anayla körpəsini bir-birinə bağlayan taleyin bir qisməti olaraq görmək daha yaratıcıdır.

Keser əməliyyatının ana və körpəyə təsirləri

Keserin səbəb olduğu əməliyyat izi fiziki şikayətlərin başında gəlir. İz ağrılı, həssas ya da hissiz ola bilər. Bəzi qadınlar əməliyyat sonrasında özlərini ikiyə bölünmüş hiss etdiklərini söyləyərlər. Bədəni enerji sahələriylə təyin edən Çin tibbinə görə bu diaqnoz olduqca yerindədir. İzin, bədəndəki təbii enerji axışını pozması həzmsizlik və qəbizliyə, bunların nəticəsi olaraq da kilo alışına səbəb ola bilər. Əməliyyat sonrası ortaya çıxan baş ağrıları və kürək ağrıları da enerji axışının pozulmasından qaynaqlana bilər.

Əməliyyatdan 3 həftə sonra, əməliyyat izinin bir il müddətlə bitki mənşəli yağlar tətbiq edərək müalicə edilməsi mümkündür. Əgər bir il sonra şikayətlər davam edirsə akupunktur müalicəsinə müraciət etməkdə fayda vardır.

P.S. Akupunktur müalicə - vücudun bəzi nöqtələrinə çox incə uçlu özəl iynələr batırılaraq aparılan müalicə deməkdir.

P.S.S. Məndə real keser əməliiyyatının bütün ardıcıllığı ilə fotoşəkilləri var və bu şəkillər heç bir Azərbaycan və türk saytlarında yayımlanmayıb. Əgər belə şəkillərə baxmaq sizin üçündə maraqlıdırsa əlavə xəbər kimi yerləşdirim.

22 aprel 2011
GO BACK