Hamiləlikdə böyrəkləri işlətmək və qəbzliyin qarşısını almaq üçün bolca maye içilməlidir. Ən yaxşı içəcək sudur. Bu səbəblə hamiləlikdə istədiyiniz qədər bol su içməlisiniz. Gündə 6-8 stəkan su içilməsi məsləhətdir.
Çay,kofe, kakao-bunların üçünün də tərkibində olan kofeinin həzm sisteminə bəzi zərərləri var.
Kofein tərkibli içkiləri gündə 3 stəkandan artıq içməyin.
Əvəzində təzə sıxılmış meyvə sularına üstünlük verin.
Əziz xanımlar,aranızda hamilə olanınız varsa,maye qəbuluna siz necə əməl edirsiniz?Bizimlə paylaşın...