Qadin.NET / Hamiləlik

Hamiləlik

Hamiləlik hər bir qadının həyatında yeni bir başlanğıcdır.Hamilə olduğunu bilən hər bir qadın yeni bir başlanğıca qədəm qoyur.Bu dövrdə fiziki görünüşdən əlavə həm də psixolojik olaraq hamilələrdə dəyişikliklər baş verir.Hamiləlikdə bütün halların eyni vaxtda yaşanması normaldır.Çünki,bu zaman ana həm hamiləliyini,həm də özünü kəşf edir.Belə bir anda ana özünün hamiləliyini qəbul edib,övladını düşünməlidir.Körpəsinin bütün hərəkətlərinə sevinməlidir.Qorxunu özündən tamamilə uzaqlaşdırmalıdır.

Hamilələr həkimdən əlavə olaraq özləri də hamiləlikləri barədə maraqlanmalıdırlar.Maraqlı jurnallar,kitablar oxuyub,internetdən də istifadə edə bilərlər.Ən çox da bədəndə çatlaqların əmələ gəlməsini görən analar çox məyus olurlar.düşünmürlər ki,yeni bir insana həyat bəxş edəcəklər.Hamilə qadınlar özlərinə qətiyyən qapanmamalıdırlar.Əksinə hər bir şeyi yoldaşlarıyla bölüşməlidirlər.Bu sevinci onunla da bölüşməlidirlər.Körpəsini hiss etdiyini və necə xoş hiss olduğunu bildirməlidirlər.

Hamiləlik

Hamiləliyinizin sakit və rahat keçməsi üçünsə özünüzü qətiyyən əsəbləşdirməməlisiniz,stresdən uzaq olmalısınız.Heç nəyi ürəyinizə salıb,qəm çəkməməlisiniz.Fərqində olmadan uşağınızın inkişafına zərər verə bilərsiniz.Hamiləlikdə yüngül sporla məşğul ola bilərsiniz.Qarnınızı kremlə ,yağla yağlaya bilərsiniz.zərər vermədən.

Unutmamaq lazımdır ki,hamilə qadınlar çox həssas olurlar.Çox kiçik hadisələri böyüdüb,saatlarnan ağlaya bilirlər.Bu da ondan irəli gəlirki,ilk əvvəl hamiləlik sonra da ana olmaq hissi onları düşünməyə vadar edir.Stresə düşürlər.Amma unutmayın ki,sizi əsəbləşdirən belə halların sonunda heç bir hisslə əvəz olunmayan Analıq hissini yaşayacaq və həyatınızdan belə çox sevəcəyiniz körpəniz olacaq.


15 aprel 2011
GO BACK