Qadin.NET / Hamiləliyin əlamətləri nələrdir?

Hamiləliyin əlamətləri nələrdir?

 

Hamiləliyin əlamətləri nələrdir?

 

Hamiləliyin ilkin əlamətləri aşağıdakılardır:

1. Ən başlıca əlamət normal aybaşının bir ay gecikməsidir.
2. Hamiləliyin ilk həftələrində qadının sinələri böyüyür döş ucları yüngülcə ağrayır.

3.Hamiləliyin ilk həftələrində sidik ifrazı artır.

4. Səhərlər ürəkbulanma və qusma müşahidə olunur. Bu əlamət hamiləliyin ikinci ayında özünü göstərir. Hamiləlik irəlilədikcə toksikoz günün hər hansı bir saatında özünü göstərə bilər.

5. Hamiləliyin daha irəliləmiş mərhələlərində qarın fərq ediləcək dərəcədə böyüməyə başlayır.

6. Hamiləliyin dördüncü və beşinci aylarında körpə tərpənməyə başlayır.

Bu əlamətlər hər zaman hamiləliyə dəlalət edir?
Xeyir. Bu əlamətlərin bəziləri hormonal pozğunluq nəticəsində də meydana gələ bilər.

Dəqiq hamiləlik diaqnozu nə zaman qoyula bilər?

 Təxminən ikinci aybaşı  gəlmədiyi zaman, yəni hamiləliyin dörd ilə altıncı həftəsi arası həkim müayinəsində hamiləliyin baş verməsi təsdiq olunur. Birinci aybaşının gecikməsindən 1 həftə sonra evdə hər bir qadın hamiləlik testi edib hamilə olub olmamasını isbat edə bilər.

 

17 mart 2011
GO BACK