Qadin.NET / Amniotik maye

Amniotik maye

Amniotik maye
Ana bətnində körpənin ətrafını bürüyən və içində üzdüyü mayeyə "amniotik maye", "körpənin suyu" deyilir. Amniotik maye hamiləliyin əvvəllərində ananın qanının maye hissəsindən süzülərək əmələ gəlir. 12-ci həftədən sonra isə körpənin hüceyrələrarası mayesi dərisindən çölə çıxaraq bu suyu meydana gətirir. Bundan əlavə körpənin böyrəkləri də bu həftələrdə sidik ifraz etməyə başlayır. Lakin 20-ci həftədən sonra körpənin dərisi qalınlaşır və artıq körpə doğulana qədər amniotik mayenin böyük qismi körpənin sidiyindən meydana gəlir. Ana bətnində olan sidik böyüklərdəki kimi bədənin tullantı maddələrin böyrəklərdən təmizlənməsiylə meydana gəlməz. Körpənin tullantı maddələri plasenta yolu ilə anaya verilərək təmizlənər (yəni böyrək vəzifəsini plasenta boynuna götürür). Buna görə də körpənin sidiyi maddələr mübadiləsinin tullantıları deyil, çox əhəmiyyətli funksiyaya sahib bir mayedir. 
Amniotik maye
Körpə bütün hamiləlik müddətində bu steril mayeni udur və onunla nəfəs alır. Amniotik mayenin vəzifələrindən biri də körpəni bir yastıq kimi zədələrdən qoruyaraq zərbələrdən təsirlənməsini azaltmaqdır. Amniotik maye miqdarı hamiləlik irəlilədikcə artar və 33-cü həftədən sonra sabit qalar. 12 həftəlik hamiləlikdə ortalama 50 ml olan amniotik mayes 20-ci həftədə 400 ml, doğuma yaxın isə 1000 ml-yə çatır. Amniotik mayenin sabit miqdarda tutulması və mütəmadi olaraq əmilməsi (yəni dəyişməsi) qarışıq mexanizmlərlə təmin edilməkdədir. Bu maye mütəmadi olaraq dəyişir. Sidik ifrazının aşağı olması və ya pərdələrin cırılıb su gəlməsi kimi vəziyyətlərdə amniotik mayedə azalma ola bilər.  
Amniotik mayenin azalmasının tam əksi olaraq udmanın olmadığı, yemək borusu tıxanıqlığı kimi vəziyyətlərdə və hamiləlik şəkərində amniotik mayedə artma müşahidə olunur. Körpə bu mayenin içindəki bir mühitdə üzərkən əzələ, skelet sistemi inkişaf edərək hərəkət qabiliyyəti də qazanar. Bundan əlavə körpənin bədən istiliyini sabit tutur və az da olsa, bəsləyicilik vəzifəsi də var. Ana bətnindəki körpənin böyrəkləri 12-ci həftədən etibarən sidik ifraz etməyə başlayır. 
17 sentyabr 2014
GO BACK