Qadin.NET / Hamiləliklə bağlı 10 məsləhət

Hamiləliklə bağlı 10 məsləhət

1.Hamiləlik dövründə dərinin quruması və tündləşməsi təbiidir.Buna görə də
çalışın ki,dəriniz həmişə təmiz və nəmli olsun.Bunun üçün sabun əvəzinə təmizlik losyonlarından,
isti su əvəzinə,ilıq sudan istifadə edin.
2.Üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.
3.Hormonlar diş ətlərini yumşaltdığı üçün dişlərinizlə bağlı problemlər meydana gələ bilər.
Buna görə də hər yeməkdən sonra dişlərinizi fırçalamağı,diş ipindən istifadə etməyi unutmayın.
Bundan başqa yeməklər arasında şirin şeylərdən uzaq olun.
4.Hamiləlik dövründə gecələr ən azı 8 saat yatın.Günortadan sonrakı "Gözəllik yuxusu" isə sizə rahatlıq gətirər.
5.Hamiləlik çatlarının qarşısını almaq mümkün düyil.Ancaq nəmləndirici kremlərlə dərinizin "elastikləşməsinə" nail ola bilərsiniz.
6.Hamiləlik dövründə fiziki hərəkətlər etmək istəyirsinizsə,mütləq həkiminizlə məsləhətləşin.Çalışın, bu hərəkətlər sizi yormasın.
7.Hamiləliyin 18-ci həftəsinə doğru əzələlərin boşalması və bağırsaqların "tənbəlləşməsi" qəbizliyə səbəb ola bilər.Bunun üçün təzə meyvə,
kəpəkli qidalar,çörək qəbul edin.
8.Hamiləlik dövründə çəki artdığı üçün qarın nahiyəsində qaşıntılar əmələ gəlir.Belə hallarda krem və ya yağlarla dərini masaj edə,qan dövranını sürətləndirərək qaşıntını
aradan qaldıra bilərsiniz.
9.Hamiləlikdə saçlarınız dəyişikliyə məruz qalırmı?Həmişəkindən daha quru və ya yağlıdırmı?Bütün bunlar müvəqqəti olduğu üçün narahat olmayın.Saçlarınızı münasib şampunla
yuyaraq bu problemi aradan qaldırın.
10.Hamiləlikdə bəzi qadınların dırnaqları çatlayır və sınır.Belə hallarda qab-qacaq yuyarkən əlcək geyin.Sonra da əl kremlərindən istifadə edin.

30 dekabr 2009
GO BACK