Qadin.NET / Qadın.Netlə birlikdə hamiləlik (40-cı həftə)

Qadın.Netlə birlikdə hamiləlik (40-cı həftə)


Körpəniz

Doğuş hər an başlaya bilər, balaca bu gün ya da sabah dünyaya gələ bilər. Körpənin çəkisi 3,2-3,8 kq, boyu  50-54 sm-dir. Adətən qızlar oğlanlara nisbətən az çəki ilə doğulur. Amma bu, hamıda eyni olmur.

Hamiləliyin 40-cı həftələrində isə uşağın hərəkətləri bir qədər ləngiyir. Uşaqlıq və qarın bütünlüklə doludur, buna görə də burada körpənin fəal hərəkəti üçün artıq yer yoxdur.

Körpə doğuşdan dərhal sonra ağlamağa başlamalıdır? Bəli, ağlamağa başlamalıdır, çünki ilk dəfə çığırdığı zaman ağciyərlər açılır və körpə asanlıqla özü nəfəs almağa başlayır. 

Qadın.Netlə birlikdə hamiləlik (40-cı həftə)

Ana

Sizin ölçüləriniz çox böyüyüb. Uşaqlıq dibinə qədər olan məsafə 36-40 sm, göbək-qasıq simfizinə qədər olan məsafə 16-20 sm-dir.

Doğuşunuz hesabladığınız anda olmaya da bilər, çünki orqanizminiz bu hazırlığa çox gec və ya tez hazırlanır.

Doğuş tarixindən görünür ki, hamiləlik orta hesabla 280 gün və ya 10 mamalıq (bu ay üçün 28 gün) ayı və ya 40 həftə davam edir.

Körpə fizioloji və psixoloji cəhətdən hazır olduqda doğuş başlayacaq, amma siz çox narahat olmayın. Sizin qarnınızın dərisi bərk dartılır və qaşına bilər.

Sakit olun, vahiməyə düşməyin, əsəbləşməyin. Sancılar zamanı düzgün nəfəs alın və özünüzdə güc toplayın. Siz artıq lap tezliklə körpənizin qarnınızda tərpənməsi üçün darıxmağa başlayacaqsınız. İstəsəniz xatirə olaraq özünüzlə fotoaparat götürün, bu saniyələr ərzində özünüzü çəkin. Artıq bir müddət sonra siz uşaqla məşğul olacaqsınız. 

Qadın.Netlə birlikdə hamiləlik (40-cı həftə)

Əgər körpəniz üçün hələ də ad fikirləşməmisinizsə, tam vaxtıdır. 

Uşaqlıq yolu yumşalır və açılır, doğuşa hazırlaşır. Hamiləliyin 40-cı həftəsi ərzində uşaqlıq boğazını örtən selikli tıxac açıla bilər. Siz ağ, sarı və qəhvəyi rəngli selikli axıntılar görə bilərsiniz. İfrazatlarla birgə qan da görünə bilər, narahat olmayın, bu, normaldır.

Nə vaxt doğum evinə getmək lazımdır?

Əgər sancılar müntəzəmdırsə və sancıların arasında 7 dəqiqədən 10 dəqiqəyədək  fasilə olurs,. hazırlaşmaq vaxtıdır. Əgər sizdən embrionətrafı su gəlirsə və davamlı olaraq axırsa, dərhal doğum evinə gedin.

Əgər hamiləliyin 40-cı həftəsi artıq keçirsə, təşvişə düşməyə dəyməz. Hamiləliyin 42-ci həftəsindən sonra hamiləlik daşınmış hesab edilir. Daşınmış hamiləlik vaxtı stimullaşdırır. Həm də ola bilsin ki, sizə müddəti düzgün müəyyənləşdirməyiblər, onda həkimlər ultrasəs müayinəsində uşağın vəziyyətinə baxırlar. 

Qadın.Netlə birlikdə hamiləlik (40-cı həftə)

Hamiləliyin gecikməsinin səbəbləri çox ola bilər: zəif doğum fəaliyyəti, embrionətrafı suyun kəskin azalması, uşaqlıq yolunun tam inkişaf etməməsi, körpədə sıxlaşmış kəllə sümükləri, dar əmgəklər və tikişlər, uşaqlıqda olan bulanıq su, köhnəlmiş ciftin uşağın tələbatını təmin etməməsi, dərinin quruluğu.

Analara doğuş zamanı və körpənin həyatının ilk aylarında öz qidası barədə də düşünmək lazımdır.

Hamilə qadınlara uğurlu və yüngül doğuşlar arzulayırıq! Həmçinin sakitlik və səbir diləyirik.

 


13 mart 2014
GO BACK