Qadin.NET / Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)

Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)

Körpə necə inkişaf edir?

Sizin uşaq, son bir ayda çox tez, təxminən 900 qram çəki yığır. Körpənin boyu - 40-43 sm, çəkisi (paranazal sinuslara qədər uzunluğu - 29 sm) 1800-1900 q. Körpənin ölçüləri və çəkisi hamiləliyin otuzuncu həftələrində artıq məxsusidir və irsiyyət, valideynlərin artım və digər parametrlərindən asılı olaraq fərqlənə bilər. Körpənin ətrafındakı boşluq daha az olur. 

Bu mərhələdə hamiləliyin immun sisteminin təməli qurulur, uşaq anasından immunoqlobulini alır, onun orqanizmində uşağı doğumdan sonra ilk aylarında  qorumağa qadir olan antitellər istehsal olunurKörpə sizi, qəlbinizin və qan dövranınızın səsini və s. səsləri gözəl eşidirÖz ayaqlarını ananın qabırğalarına döyəcləmək çox xoşdur. Bu hallarda maksimum düz oturmağa çalışın.

Hamiləliyin 32-ci həftəsində körpənin sümükləri inkişaf etməyə və ağırlaşmağa davam edir.

Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)

Anada hansı dəyişikliklər baş verir? 

Doğuşa lap az vaxt qalır. Yəqin ki, siz öz doğuşunuz barədə artıq dəfələrlə düşünürsünüz. Hər bir gələcək ananın arzusu öz uşağını əlbəttə ki, təbii yolla, müstəqil, stimulyasiyalar olmadan doğmaqdır. Düzdür, elə hallar olur ki, keysəriyyə üsulu ilə doğuş keçirmək daha təhlükəsizdir. Bəzən keysəriyyə əməliyyatında görmə ilə bağlı problemlər ola bilər.  Ona görə gözlərinizi müayinə etdirmək və göz həkiminin məsləhətlərinə riyarət etmək vacibdir.

Sizin göbəyiniz daha da dartılır, o bəzən qabarıq olur. Qarının üstündəki qara zolaq daha da tündləşə bilər, narahat olmayın, o, doğuşdan bir neçə ay sonra yox olacaq.

Uşaqlıq göbək üzərində 12 sm, qasıq simfizinin üzərində isə 32 sm-dir.

Sizə 32-34 həftələrində hamiləliyin üçüncü planı üzrə, uşağın daxili orqanlarını müayinə etmək və uşağın necə yerləşdiyinə, göbək ciyəsinin körpəyə dolaşmadığından əmin olmaq üçün USM təyin edəcəklər.

Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)

USM müayinəsi zamanı həkim bunları ətraflı nəzərdən keçirəcək:

*Uşağın ölçüləri;

*Körpənin ölçülərinin hamiləlik normativ və göstəricilərinə uyğunluğunu;

*Dölün yerləşmə mövqeyini;

*Körpənin daxılı orqanlarını;

*Uşaqlıq borusunun vəziyyətini;

Ölçülərin (bu orta göstəricilərin cədvəli) normativ göstəriciləri:

* BPR - biparietal ölçüdür - gicgah sümüklərinin arasındakı ölçüdür;

* LZR - alın-peysər ölçüsüdür;

* OQ - başın çevrəsidir;

* OJ - qarının çevrəsidir;

* DBK - omba sümüyünün uzunluğudur;

* DPK - çiyin sümüyünün uzunluğudur.

Gələcək analar və atalar üçün kurslardan geri qalmayın. Vaxtından əvvəl doğmamaq üçün partnyorunuzla seksual münasibətlərdə ehtiyatlı olun.

Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)

Hamiləliyin son dövrü üçün beldə ağrı adi haldır, ağrı yana və ayaqlara verə bilər. Brekstona-Xiksa (uşaqlığın yığılması) spazmaları güclənəcək. Doğuş yaxınlaşdıqca çanaq dibi genişlənir, xoşagəlməz hisslərin yaranması mümkündür. Çalışın daha çox istirahət edin, yorğunluq hiss edən kimi dincəlin.

Əgər siz hansı doğum evinə gedəcəyinizi müəyyən etmisinizsə, bu doğum evində lazım olan şeylərin siyahısını dəqiqləşdirin. Hər doğum evinin öz siyahısı ola bilər. Bu siyahıyla tanış olun. Burda bəzi şeylər sizə lazım olmaya bilər, ona görə də əlavə şeylər götürməyin.

Əgər mövhümatçı deyilsinizsə, indidən körpə üçün geyimlər, beşik və uşaq otağı mebelləri seçə bilərsiniz.

Əgər siz analığa hazırlıq kurslarına getməmisinizsə, bu barədə məlumatları internet və kitablardan öyrənə bilərsiniz.

İki həftədən bir həkimlə məsləhətləşməlisiniz. Sizi sıxan dar paltarlar geyinməyin. Ona görə ki, o sizin daxili orqanlarınıza (mədə, sidik kisəsi) təzyiq göstərir. Körpənin inkişafı ilə əlaqədar nəfəs darlığı, təngnəfəslik, asqırma və öskürmə zamanı sidik qaçırma baş verə bilər.

Adətən hamiləliyin 32-33 həftəsində normaya uyğun olaraq körpə başı aşağı durmalıdır.

Əgər siz bu həftələrdə tez kökəlirsinizsə, həkim sizə karbohidratların və südün istifadəsini azaltmağı məsləhət görəcək.

Əgər siz hələ də işləyirsinizsə, məzuniyyət haqqında ciddi düşünməli, hamiləliyin son həftələrindən həzz almalı, daha çox öz körpənizlə ünsiyyət saxlamalı, həmçinin ona laylalar zümzümə etməlisiniz.

13 yanvar 2014
GO BACK