Qadin.NET / Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləri

Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləri

Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləriMən bu məlumatı bir kitabdan oxudum və sizlərlə bölüşmək istədim.Bəlkə kiməsə faydası toxuna bilər.

Oğlanı olacaq hamilə qadının üzünün rəngi yaxşı,dərisi daha təmiz,gümrah olur.İştahı daha yaxşı olur,hamiləliyi daha yaxşı keçirir,ağrıları sağ tərəfdən olur,çünki oğlan daha çox sağ tərəfdən doğulur.Südü daha qatı və qəliz olur.

Sağ tərəfdən nəbzi daha bərk və tez–tez vurur.Deyirlər ki , bir qədər dayanandan sonra getməyə başlayan  qadın ilk addımını sağ ayağından atır.Pilləkanla qalxanda əsasən sağ əlinə arxalanır.Oğlan rüşeymi 3 aydan ,qız rüşeymi isə 4 aydan sonra tərpənməyə başlayır.

Qızı olacaq hamilə qadın başqa amillərə malikdir.Bu fikri təstiqləyən simptomlardan biri ayaqlarda ,əsasən ayağın aşağı hissəsində əmələ gələn yaralardır.Belə qadınların ayağı tez-tez şişir.Oğlu olacaq qadın hamiləliyi daha çətin keçirir,nəinki qıza hamilə olan qadın.

Oğlan doğmuş qadın hamiləlikdən sonra gələn ixracdan iyirmi beş-otuz günə təmizlənir,qız uşağından sonra isə otuz beş,qırx  gün ərzində təmizlənir.Əksər hallarda belə olur.


Məncə isə doğulacaq uşağın cinsiyyəti yox əsas saglamlığıdır vacib olan.

Allah hamıya sağlam,xeyirli övlad nesib etsin.Amin!

10 dekabr 2010
GO BACK