Qadin.NET / Hamiləlikdə yuxu və yuxusuzluq

Hamiləlikdə yuxu və yuxusuzluq

Hamiləlikdə yuxu və yuxusuzluq

Hamilələrin ən əhəmiyyətli ehtiyaclarından biri də yuxudur. Hamiləlikdə rahat və sağlam bir yuxu çox əhəmiyyətlidir. Hamiləlikdə yaşanan yuxu problemləri isə ana namizədlərinin ən böyük çətinliklərindən biridir.
Hamiləliyin ilk həftələrində ana olma düşüncəsi və həyəcanı qadınların çoxunda yuxusuzluğa gətirib çıxarır. Aradan bir müddət  keçdikdən sonra isə yuxu hamilə qadın üçün imtina edilməz bir istək halına çevrilir. Hələ hamiləlikdə ürək bulanması və qusmalar varsa, yuxu əsnasında bu şikayətlər çox diqqətə çarpan olmadığından adam davamlı olaraq yatmaq istəyir. İlk 6 ay bu şəkildə gəlib keçir.

 Bu sırada bədəniniz hər zamankından daha çox çalışdığı üçün istirahət daha çox ehtiyac duymaqdadır. Hamiləlik irəlilədikcə bu dəfə yuxu problemləri baş qaldıra bilər. Çox vaxt dərin və rahat bir yuxuya həsrət olduğunuzu hiss edə bilərsiniz.

Hamilə vaxtı yuxuya getmək niyə çətin olur?

Bunun bir çox səbəbi vardır. Ancaq ilk və ən əhəmiyyətli səbəb körpənin böyüməsidir. Körpə və rəhm böyüdükcə rahat bir yuxu mövqeyi tapmaqda çətinlik olur. Digər tərəfdən bədən kütləsi artdıqca yatarkən mövqe dəyişdirmək çətinləşir.

 Bunun yanında hamiləlikdə normal görülən bəzi dəyişikliklər də yuxunu bölərək ya da yuxu nizamını dəyişdirərək yuxu problemlərinə səbəb ola bilir.

Hamiləlikdə rahat yuxu mövqeyi hansıdır?

Əsasən də son dövrlərdə dizləri bədənə doğru çəkərək yana dönüb yatmaq olduqca rahat bir mövqedir. Bu mövqe çirkli qanı bədənin alt qismindən ürəyə daşıyan damar üzərindəki təzyiqi azaldaraq ürəyə düşən yükün də azalmasına səbəb olur.
Xüsusilə sola tərəf yatanda bu təsir daha diqqətə çarpan hala gəlir. Digər tərəfdən sola dönəndə rəhm də sola dönür deyə qaraciyər üzərindəki təzyiq də azalır və daha rahat hiss edilir.

Hamiləlikdə yuxu və yuxusuzluq

Xüsusilə son dövrlərdə arxa üstə yatmaq çox narahatlıq verir və onsuz da bu mövqeyə asan keçilmir. Əgər fərqində olmadan kürək üstə yatısanız, eşidiləcək narahatlıq sizi oyandıracaq.
Hamiləlik dövrü üçün xüsusi olaraq hazırlanmış yastıqları istifadə etsəniz rahat yuxu yatmağa nail olacaqsınız. Bəzi qadınlar yastığı qarınlarının  altına, ya da qıçlarının arasına qoyduqlarında çox rahat yatdıqlarını ifadə edirlər.

Hamiləlik dövründə rahat bir yuxu üçün nə etməli?

Kola, qəhvə və çay kimi kofeinli içkilərdən uzaq durmağa çalışın. Xüsusilə günortadan sonra və axşam bu cür içkiləri qəbul etməsəniz yaxşı olar.

Yatmazdan 2-3 saat əvvəl maye qəbulunu azaldın. Ancaq gün ərzində kifayət qədər maye qəbul edin. Yatmazdan əvvəl ağır yeməklər yeməyin.

Yuxu saatlarınızı təyin edin. Yatağa adət olduğunuz saatdan daha gec getməyin.

Nizamlı olaraq məşq edin. Ancaq yatmağa az bir zaman qalmış etməsəniz yaxşı olar.

Yastıqları hər yerdə istifadə edin. Yastıqlar necə və harada rahatlıq verir orda, istər dizlərinin arasına, istər belinizə, istəsəniz də başınızın altına qoyun.

Yatağa getmədən əvvəl rahatlaşdırıcı  bir şeylər edin. İlıq bir duş, ya da bir stəkan süd içmək kimi...

Əgər gecə oyansanız ya da yuxuya gedə bilməsəniz, özünüzü məcbur etməyin. Qalxıb ev içində bir az gəzin və ya kitab oxumaq kimi yuxunuzu dağıtmayacaq bir şeylər edin, musiqi dinləyin, televizora baxın, internetə daxil olun. Xoşunuza gələn və sizi rahatlaşdıran bir şey edin.

27 mart 2016
GO BACK