Qadin.NET / Doğulacaq körpənizin cinsiyyətini bilirsinizmi?

Doğulacaq körpənizin cinsiyyətini bilirsinizmi?

Doğulacaq körpənizin cinsiyyətini bilirsinizmi?

Hamilə qadınlar neçə illərdir doğulacaq körpələrinin cinsiyyətini əvvəlcədən müəyyən etmək üçün bəzi üsullar tətbiq etməyə çalışmışlar. Bəzi cəmiyyətlərdə qədim vaxtlardan bu yana və bəlkə indiki zamanda belə mal və mövqenin nəsildən-nəsilə köçürülməsi baxımından ailələrdə oğlan uşağının əhəmiyyəti böyükdür. Bunun əksinə, son zamanlar Almaniyada aparılmış araşdırma zamanı ailələrin xüsusilə İkinci Dünya müharibəsindən sonra daha çox qız körpə arzuladıqları bəlli olmuşdur. Şimali Amerika və Avropa ölkələrinin çoxunda aparılan araşdırmalarda ailələrin doğulacaq uşaqlarının cinsiyyətinin təyin edilməsi məsələsində həddən artıq istəkli olmadıqları müəyyən edilib.

Təbiətin tarazlığının qorunması baxımından doğulan qız uşaqlarıyla oğlan uşaqları az qala bir-birinə bərabərdir və bu tarazlığın insan əliylə pozulması mümkün deyildir. Son statistik məlumatlara görə, dünyada hər 1050 oğlan uşağına qarşı 1000 qız körpə dünyaya gəlir. Oğlan uşaqlarının sayının azca yüksək olmasının səbəbi oğlan uşaqlarının körpə ikən öldüyü ehtimalının yüksək olması və ümumi götürüldükdə kişilərin ömrünün qadınlara nisbətən bir az qısa olmasıdır. Yəni oğlan uşaqları daha çox doğulsa da, dünyada kişi və qadın sayı ehtimalla bir-birinə olduqca yaxındır.

Körpənin cinsiyyəti necə müəyyən edilir?

Sperma hüceyrələri həm X, həm də Y xromosomu əmələ gətirə bilər. Yumurta hüceyrələri isə hər zaman X xromosomu daşıyırlar. Yumurta hüceyrəsinin içinə girməyi bacara bilən sperma hüceyrəsi X xromosomu daşıyırsa, dünyaya gələcək körpə qız, Y xromosomu daşıyırsa, oğlan olur. Yəni körpənin cinsiyyətini hər zaman kişinin spermasında olan xromosom təyin edir.

El deyimləri

1. Oğul sahibi olmaq üçün qırmızı ətdən çox istifadə etməli, duzlu qidalar yeyilməli, ata isə qazlı içkilərdən bolluca istifadə etməlidir.

2. Qız uşağı istəyən cütlər bolluca balıq əti və tərəvəzdən istifadə etməli, qadınlar çoxlu şirniyyat yeməlidirlər.

3. Oğlan uşağı istəyənlər üçün: cinsi əlaqədən sonra qadın bir müddət yerindən qalxmamalı və ya ayaq üstə əlaqə mövqeyi seçilməli, əvvəl kişidə orqazm baş verməlidir.

4. Qız övladı sahibi olmaq üçün missioner (qadın altda) mövqeyi seçilməli, qadının əlaqəni başlatmasına və daha əvvəl orqazm olmasına icazə verilməlidir.

5.  Oğul sahibi olmaq üçün gecə saatlarında əlaqədə olmamalı, cinsi əlaqə üçün ayın tək günləri seçilməlidir.

6. Qız uşağı sahibi olmaq üçün günortadan sonra əlaqədə olmamalı, cinsi əlaqə üçün ayın cüt günləri seçilməlidir.

5 mart 2016
GO BACK