Döl
Boyu 30-32 sm, çəkisi 600-640 qr-dır. Körpənizin əzələ və sümüklərinin inkişafı davam edir. Yəni körpənizin hərəkətləri də güclənəcək və sizi onları daha dəqiq hiss edəcəksiniz. Körpənizin ağciyərlərində damar strukturları meydana gəlir. 24-cü həftə hamiləliyin gedişi baxımından dönüş nöqtəsi kimi qəbul edilir. Elmi məlumatlara əsasən, bu həftədən etibarən körpənin orqanlarının əhəmiyyətli bir qismi inkişaf edir, körpənin hərəkətlərinə refleks kimi deyil, şüurlu cavab verir. Yəni körpəniz artıq öyrənməyə, məlumatları yaddaşında saxlamağa və məntiqli reaksiyalar verməyə başlamışdır. Körpənin həyatının tənəffüs, həzm sistemi və bədən temperaturu kimi ən əhəmiyyətli funksiyalarının davam etdirilməsi və infeksiyalardan qorunması təmin edilir.
Hisslər
Artıq körpəniz daha hərəkətli olmağa başlayır. Bu nəinki onun dad bilməsi, səs eşitməsi ilə deyil, həmçinin körpənin ana bətnində yerinin darlığı ilə bağlıdır. Artıq ana bu hərəkətləri tam dəqiq hiss edə bilir. Bu zaman ana namizədində mədə-bağırsaq problemi, həzmsizlik, baş ağrısı, ayaq ağrıları, yorğunluq kimi hisslər olacaq.
Analizlər
Sitomeqalovirus (CMV) ana bətnindəki körpəyə ən çox təsir edən virusdur. Təsirli müalicəsi və peyvəndi yoxdur. Hamiləlik əsnasında anadan körpəyə keçə bilir. Bir çox körpənin bu virusla doğulduğu təxmin edilir. Yeni doğulan körpələrdə ölüm, görmə və eşitmə problemləri, zehni çatışmazlıq, qaraciyər və dalaqda böyümə, anemiya və nevroloji pozğunluqlara yol aça bilər. Bəzi qadınlar hamiləlik zamanı virusu uşaqlıqda, ya da uşaqlıq boyunda daşıyırlar, amma çox az hissəsində infeksiya körpəyə keçər. Ancaq gigiyena qaydalarına diqqət göstərərək bu virusa tutulma riskini minimuma endirmiş olarsınız.
Sağlamlıq və çəki
Hamiləlik dövründə ana namizədinin çəkisinin bütövlükdə 12 kilo artması normaldır. Ancaq bu, ayrı-ayrı qadınlarda fərqli ola bilər. Çəkinizə nəzarəti həkiminiz həyata keçirəcək. İkinci üç aydan sonra ananın çəkisinin artma sürəti ayda 2 kq olmalıdır. Hamiləliyin 24-28-ci həftələri arasında qlükoza testi edilməlidir. Qlükoza təhlili 140 mg-dən çox müəyyən olunan hamilələrə 100 qr. qlükoza ilə 4 saatlıq yükləmə testi edilir. Nəticə yüksək alınarsa, hamiləliklə əlaqədar şəkər xəstəliyi diaqnozu qoyulur və nəticələr qiymətləndirilərək müalicəyə başlanır.
Diş ətlərində qanamalar ola bilər. Göbək dəliyi çölə çıxa bilər. Vaginal axıntılar artır. Bel ağrılarınız ola bilər. Erkən doğum əlamətlərinə diqqət yetirməlisiniz. Dehidratasiya deyilən su itkisiylə əlaqədar olaraq erkən doğum riski ola bilər. Bu həftələrdəki erkən doğumlarda körpənin yaşama şansı ən yaxşı halda 85 %-dir. Onların yarısı da gələcəkdə ağır xəstəliklər və hətta şikəst qalma riski ilə qarşı-qarşıya ola bilərlər. Buna görə də bol-bol su içməyə davam edin.
Ultrasəs müayinə
24-cü həftə körpənin bütün orqanlarının ən dəqiq görünə biləcəyi həftələrdən biridir. Bu dövrdə ana namizədindən körpəyə gedən qan axınının ölçülməsi üçün rəngli Doppler araşdırması da aparıla bilər. Həmçinin həkim daha aydın və dəqiq şəkildə körpənizdəki patologiyaları müəyyən edə bilər.
Cinsi həyat
Hər zaman olduğu kimi bu dövrdə də sizin üçün risk daşımayan ağrılarınız yoxdursa, öz cinsi həyatınıza davam edə bilərsiniz. Əgər sizdə hər hansı problem varsa, həkimlə məsləhətləşin. Düzgün pozalar seçməklə özünüzə və körpənizə sağlam mövqe yaradın.