Artıq 5 ay və bir neçə həftə geridə qaldı. İndi isə hamiləliyin 23- cü həftəsi başlayır. Görək körpənizdə nələr baş verir?
Döl
Körpənizin baş-bud uzunluğu bu həftədə 20 sm-ə çatdı. Ağırlığı isə 500-530 qramdır. Əl- ayaq, qol və qıçlarını nizamlı olaraq hərəkət etdirə bilir və bunu sizlər rahatlıqla hiss edə bilərsiniz. Əzələləri inkişaf etməkdədir. Orta qulaq sümükləri sərtləşmiş vəziyyətdədir. Dırnaqları tamamilə inkişaf etmişdir. Səslərə qarşı həssaslığı getdikcə artmaqdadır. Ciyərlərindəki qan damarları sürətlə inkişaf etməkdədir. Gələcəkdə nəfəs almasını və ağciyərlərin hava kisəciklərinin açıq qalmasını təmin edəcək olan maddə inkişafa başlayır. Pankreas insülini daha nizamlı ifraz edilir. Göz pigmenti meydana gəlməyə başlayır.
Bu həftə, siz də körpəniz də kilo almağa başladınız. Körpəniz daha çox hərəkətlidir. Ata əlini qarınınıza qoysa körpənin hərəkətlərini hiss edə bilər. Hətta körpənin hərəkətləri kənardan da görülə bilər. Kürək ağrılarınız davam edə bilər. Mədə yanmalarınız getdikcə artaraq davam edər. Yağlı və ədviyyatlı yeməkləri yeməmək məsləhətdir. Ayaq damar tutulmaları gecələr sıxlaşır və sizi yuxunuzdan edir. Maqnezium və kalsium vitaminlərini almanız, qıcolmaları azalda bilər. Artıq doğum yaxınlaşdığı üçün yersiz qorxular yaşaya bilərsiniz. Tez-tez sidiyə getmələr olur. Uşaqlıqda büzülmə və açılma səbəbi ilə yalançı doğum sancıları, bu həftədən etibarən yaşanmağa başlayır.
Doppler ultrasəs (Rəngli ultrasəs)
Bu həftələrdə Rəngli Doppler Ultrasəs; səs enerjisindən faydalanılaraq reallaşdırılan, radiasiya tərkibi olmayan cihazdır. Etibarlı bir araşdırma üsulu ilə ürək pozğunluğunun olub-olmadığı araşdırıla bilər. Körpənin ürəyinin ultrasəslə ən yaxşı qiymətləndirildiyi həftələr 22-24-cü həftələr arasıdır. Bu ayda həm körpənin, həm də ananın lazımı damarlarını izləmək mümkündür. Bu cihaz vasitəsilə ananın uşaqlığını bəsləyən damarlarının, doğulacaq körpənin kilosunun aşağı olub-olmadığı mövzusunda məlumat verəcək.
Ağrılar
Bu həftədə olan ağrılar qorxulu ağrılar deyil. Bu ağrıların səbəbi sizin əzələlərinizin dartılması ilə bağlı olacaq. Körpəniz böyüdükcə sizdəki ağrılar sıxlaşa bilər. Gözəl istirahətlə bu ağrıları aradan qaldıra bilərsiniz. Əgər ehtiyac olarsa siz hamilələr üçün nəzərdə tutulan xüsusi kəmərlərdən istifadə edə bilərsiniz.
Cinsi həyat
Bu həftələrdədə cinsi həyatınıza davam edə bilərsiniz. Düzgün pozalar seçərək öz cinsi həyatınızı daha təhlükəsiz edə bilərsiz. Əgər daha əvvəl düşük hamiləlik yaşamısınızsa həkimlə məsləhətləşib cinsi həyatınıza ara verə bilərsiniz.
Qidalanma
Toksoplazma yaxşı yuyulmamış tərəvəz və meyvələrdən və yaxşı bişməmiş çiy ətlərdən də keçə bilər. Bunun üçün hamiləliyin ilk aylarında toksoplazma testləri edilməlidir. Bunun qarşısını almaq üçün, tərəvəz və meyvələri yeməzdən əvvəl, xüsusilə tərəvəzləri yaxşıca yuyub sirkəli suda saxlamaq məsləhətdir. Bir şey yeyib- içməzdən əvvəl əllər mütləq yaxşıca yuyulmalıdır. Çiy ya da az bişmiş ət məhsullarından uzaq durun. Hamiləliklə bağlı yüksək təzyiqiniz varsa yeməkləri az duzlu yeyin. Şişkinliyi azaltmaq üçün mümkün olduğu qədər duzdan uzaq olun. Mətbəxinizdə mütləq yodlu duza üstünlük verin. Hamiləlik dövründə hər şeydən həm özünüzü, həm də körpənizi qorumanız lazımdır. Ən əhəmiyyətlisi də təhlükəli xəstəliklərdən. Bunlardan biri də toksoplazmadır. Toksoplazma xüsusilə pişik və itlərdən keçir. Bu xəstəlik hamiləlik dövründə yaşanarsa körpədə ölümcül xəstəlik və ya şikəstliklərə səbəb ola bilər. Pişik və itiniz varsa peyvəndlərinə laqeyd yanaşmayın. Onlara da çiy ət yedirtməyin və yaxın təmasdan qaçın.