Hamiləliyin 22-ci həftəsi, ikinci üç aylıq dövrün davamı etdiyini göstərir.Əslində bu dövrlər körpəniz üçün çox sakit və təhlükəsiz dövr sayılır.Hamiləliyin 22-ci həftəsi 6-cı ayın ikinci həftəsi deməkdir.
Döl
Körpəniz gün keçdikcə kiçik insan görünüşünə gələcəkdir.Baş-boyun uzunluğu 19 sm,çəkisi təxminən 430-450 qr ağırlığındadır. Körpənizin hərəkətləri artıq daha mənalı hala gəlmişdir. Ana və körpə arasındakı bağ getdikcə artır. Körpənizi sevə bilər, oxşaya və hətta danışa bilərsiniz. Toxunmağı hiss edə biləcək qədər, beyin və sinir uclarındakı inkişaf reallaşmışdır.
Qırmızı qan hüceyrələri (eritrosit) sürətlə artaraq istehsalına başlayır. Öd kisəsi və qaraciyəri işlək vəziyyətdədir. Bilirubin ifrazatı artar. Pankreas inkişaf etməkdədir. Göz qapaqları və burun dəlikləri formalaşmışdır. Qaş və kirpikləri tamamilə meydana gəlmişdir. Əzələləri güclənməyə davam edər. Dildə dad duyğuları meydana gəlməyə başlar.Oğlan körpələrdə xayalar qarın boşluğundan aşağıya doğru enməyə başlayır. Qız körpələrdə uşaqlıq və yumurtalıqlar yerini almış, vagina meydana gəlmişdir.
Qarın
Uşaqlıq, göbəyinizin iki barmaq üzərinə qədər böyümüşdür. 50-60 saniyəlik qısa davamlı uşaqlıq sıxılmaları hiss edə bilərsiniz. Dodaq üstü və çənə bölgələrinizi, yanaqlarınızda tüklənmə ola bilər.Qollarınızda, qıçlarınızda, kürəyinizdə, sinənizdə, göbəyinizin ətrafında tüklər gün keçdikcə çoxala bilər.Qasılmalar daha tez narahat etməyə başlayır.Kalsium və potasyumdan zəngin qidaların yeməyiniz məsləhətdir.Diş ətinizdə bir az şişlik və həssaslıq ola bilər.Körpənizin bütün orqanlarının və sistemlərinin tamamlanmış olmasından əmin olmaqdan ötrü, ətraflı ultrasəs etdirmək məsləhət görülür.
Ultrasəs
Hamilləliyin 22-ci həftəsində, ultrasəs müayinəsi hər həftə olduğu kimi vacibdir.Siz nəinki uşağın cinsiyyətini həmçinin uşaqdakı bir çox patalogiyaları da öyrənə bilərsiniz.Həkim sizi müayinə edərək körpənin orqanlarının necə inkişaf etməsini görməlidir.Əgər körpənizdə hər hansısa bir problem olarsa, ona mütləq mütəxəssis tərəfindən müalicə və müayinə olunmalıdır.
Qidalanma
Sağlam və nizamlı qidalanan hamilə qadınların əlavə multivitamindən istifadəsinə ehtiyac yoxdur.Ancaq, fol turşusu mütləq istifadə edilməlidir.Yüksək dozada alınan bəzi vitaminlərin, bədəndə yığılması nəticəsində zərərli hala gəlməsindən vitaminlərin şüursuz istifadə edilməməlidir.Multivitaminlərdə olan vitaminlərin nisbətlərinə fikir verilməlidir.Multivitaminlərdə bəzən A vitamininin dozası çox yüksək ola bilər və ehtiyac duyulan multivitaminlər həkiminizlə məsləhətləşərək istifadə etməniz lazımdır. Gərəyindən çox istifadə körpəyə ziyan ola bilər.Əgər hamilə bir qadın sağlam və nizamlı qidalanmırsa, həkimi ilə məsləhətləşərək əlavə kimi vitamin qəbul edə bilər.Ancaq vitamin təbii qidaların əsla yerini tutmaz. Multivitamin həblərinin məzmunu; Dəmir 100 mg, folik turşu 800-900 mg, C vitamini 70 mq, riboflavin 2 mg, D vitamini 400 IU (Beynəlxalq vahid), B6 vitamini 3 mg, Sink 15 mg, A vitamini 4000 IU (Beynəlxalq vahid)-dən çox olmamalıdır. Az miqdarda selenium, mis, maqnezium və biotin daxil etməlidir.Ən yaxşı vasitə isə vitaminli meyvələrdən istifadə etməkdir.
Axıntılar
Uşaqlığın təbii olan bu axıntısı ağ-sarı rəngdədir, ümumiyyətlə qoxusuzdur və özü sidik edərkən yanma, ağrı, qaşıntı kimi əlamətlər yoxdur. Hamiləlik dövründə bəzi qadınlarda vaginal axıntı çoxala bilər.Axıntı yuxarıda deyildiyi kimidirsə, fizioloji bir axıntıdır və sizə və körpənizə zərər verməz. Tünd konsistensiyalı, yaşıl, qəhvə rəngli, ağrı, yanma, qaşıntı ilə müşayət olunan axıntılar isə qanaxmaya, bir infeksiyaya və ya uşaqlıq ağzı bir problemə işarə olar.Və mütləq həkim müayinəsi tələb edir.
Cinsi həyat
Artıq cinsi həyata davam etmək üçün heç bir qorxulu risk yoxdur.Siz düzgün pozalar seçərək öz cinsi həyatınızı daha da maraqlı edə bilərsizniz.Artıq bu həftələrdəki cinsi həyat sizin uşaqlığınızın təbii masajı hesab edilir.Ancaq unutmayaq ki, siz özünüzü narahat hiss edirsinizsə onda cinsi həyatınıza ara verə bilərsiniz.