Qadin.NET / Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)

Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)

Artıq hamiləliyin yarı hissəsi geridə qaldı, siz artıq 6-cı ayın ilk həftəsinə qədəm qoydunuz. İndi sizin qarnınız daha bilinməkdədir. Çünki, körpəniz ayda deyil, günlə böyüməkdədir.
Döl
Böyüməyə davam edən körpənizin bu həftədəki baş-boy uzunluğu 18 sm, ağırlığı isə 370-390 qr-dır. İlk aylara görə körpənizin böyümə və uzanma dövrü yavaşlamağa başlayır, bundan sonra çəki artımları başlayacaq. Daxili orqanlarındakı inkişaf sürətlə davam etməkdədir. Qalıcı dişlər meydana gəlməyə başlamışdır. Qaşları, kirpikləri və göz qapaqları meydana gəlməyə başladı. Əgər körpəniz qızdırsa, cinsi orqanı yavaş-yavaş əmələ gəlir.
Bədən istiliyini qorumaq üçün dəri altına yağ saxlanması davam edir. Sümük iliyi 21-ci həftədə meydana gəlməyə başlayır. Bağırsaqlar inkişafa davam edir. Körpənin qidalanması tamamilə plasenta tərəfindən qarşılanır. Çöldən gələn səsi və güclü işığı hiss edir. Ümumiyyətlə, ana yatdığı zaman daha çox hərəkət edər. Ana hərəkət halında ikən körpə yatmağı seçir.
Ağrılar
Hər keçən gün körpənizin hərəkətlərini və təpiklərini daha çox hiss edirsiniz. Hamiləliyin ortalarında 5-7, 5 kilo artıq çəkiniz ola bilər. Artan hamiləlik hormonlarından dolayı, xüsusilə progesteron hormonu səbəbiylə sidik yollarında sidiyin axın sürəti yavaşlayır, buna görə də sidik yolu infeksiyası meydana gələ bilər. Uşaqlığın böyüməsiylə əlaqədar olaraq xüsusilə axşamlar ayaqlarınızda şişkinlik yarana bilər. Əgər əlinizdə və üzünüzdə də şişkinlik yaranırsa, bu, normal hal deyil və araşdırılması lazımdır. Həkiminizə bu haqda mütləq bildirməlisiniz. Dərinizin səthində, xüsusilə ayaqda, topuqda və üzünüzdə yaranan "hörümçək damarlar" adlandırılan görünüş doğumdan sonra itir. Dərinizdə civzə problemi yarana bilər. Dərinizi sabunla yuyaraq yağsız nəmləndirici kremlərdən istifadə etməlisiniz. Hamiləlik zamanı ayaq damarlarına təzyiq artır və bu zaman damarlar görülə bilər. Bunu azaltmaq üçün oturduğunuz zaman ayaqlarınızın altına yastıq qoyaraq mümkün olduğu qədər onları yüksəkdə saxlayın. Sol böyrü üstə yatın və hamilə corabları geyməyə diqqət göstərin.
Qidalanma
Hamiləlik boyu tövsiyə etdiyimiz vitaminli qidalardan istifadə edin. Bolluca meyvələr və tərəvəzlərdən istifadə edin. Bu həftələrdə sizin qidanızın bir çox hissəsi körpənizə keçir. Bunun üçün zülal, yağ və vitaminlərin qəbulu çox vacibdir. Bolluca su icməyi unutmayaq. Bununla yanaşı, süd, ağ pendir, bal, bəhməz , mərcimək, dənli bitkilər və bitki çaylarından da istifadə edə bilərsiniz.
Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)
Ultrasəs müayinə
Hər həftə olduğu kimi bu həftədədə siz ultrasəs müayinəyə getməklə körpənizdəki dəyişiklikləri görə bilərsiniz. Bu, həmçinin sizdə və körpənizdə olan çatışmazlıqları göstərmək üçün çox gözəl vasitədir. Əgər ultrasəs müayinəsində hər hansı problem aşkarlanarsa, onda mütləq həkiminizə müraciət edərək müalicə dövrü keçməlisiniz.
Cinsi həyat
Artıq bu həftələrdə cinsi həyatınızla bağlı heç bir sıxıntı yoxdur. Lakin unutmayaq ki, əgər sizdə heç bir narahatçılıq yoxdursa, o zaman cinsi həyatınıza davam edə bilərsiniz. Əgər hər hansısa xoşagəlməz axıntılar olarsa, mütləq həkiminizə müraciət edin. Unutmayın ki, 21- ci həftə hamiləlikdə cinsi həyat üçün müvafiq poza seçilməlidir. Bu mövqeləri həkiminizlədə məsləhətləşə bilərsiniz.

24 iyul 2013
GO BACK