Qadin.NET / Qadin.Netlə birlikdə hamiləlik (XIX həftə)

Qadin.Netlə birlikdə hamiləlik (XIX həftə)

Hamiləliyin 19-cu həftəsi neçəci aydır?

Sizdə hamiləliyin beşinci ayı davam edir. Dörd ay yarım  bitdi və indi beşinci ayın üçüncü həftəsi  də gəlib çatdı. Sizin körpə necədir?

Döl 

Körpənizin baş-boyun uzunluğu 14-15 sm, ağırlığı isə 250-270 qr ətrafındadır. Damaq quruluşu və süd dişləri qaralamaları meydana gəlir. Qolları və ayaqları bir-biri ilə daha mütənasibdir. Baş dərisindəki saçları artmağa başlayır. Amniotik mayedə meydana gələn hər hansı bir problemdən qorunmaq üçün körpənizin bədəni verniks kazeoza deyilən sürüşkən bir maddə ilə örtülü olur. Doğumdan sonra istiliyin nizamlanması üçün lazım olan yağ körpənizdə yığılmağa davam edir. Oğlan körpələrində testis, qız körpələrində uşaqlıq dəqiq şəkildə görülə bilər. Sinir ucları tamamilə inkişaf etmişdir. Böyrəkləri sidik ifraz edir. Körpənizin əl, ayaq barmaqlarını əmmə kimi hərəkətlərini ultrasəs müayinəsində görə bilərsiniz.

Qarın

19-cu həftədə qarnınız böyüdüyü üçün göbək çuxurunuz düzləşməyə başlayır. Qarnın önə doğru böyüməsi bel ağrılarına səbəb ola bilər. Çəki artımı davam edir. Nəfəs almaqda çətinlik çəkə bilərsiniz. Bu dövrdə böyüyən uşaqlığın sıxılması ilə əlaqədar yüngül ağrılar ola bilər. Yenə uşaqlığın böyüyərək mədəyə təzyiq etməsi nəticəsində mədə yanmaları ola bilər. Mədə yanmasını azaltmaq üçün az və tez-tez yemək və yatarkən bədənin üst qismini yüngülcə yüksəltmək tövsiyə edilir. Dərinizin bəzi bölgələrində qəhvəyi rəngli ləkələrin meydana gəlməsi normaldır. Bu ləkələr xüsusilə dodaqların üstündə, yanaqlarda və alınınızda meydana gələ bilər. Belə tündləşmələr xarici genital bölgənizdə və döş uclarında da görülə bilər. Göbək dəliyindən qasıq sümüklərinizə qədər uzanan qəhvəyi xətt meydana gələr. Bu ləkələr doğumdan sonra 12 aya qədər davam edə bilər. Bədəninizdəki çatlara görə qaşıntı şikayətləriniz başlayar. Şəxsi kosmetik kremlərdən və ya badam yağından istifadə edərək dərinizin qurumasını və qaşınmasını aradan qaldıra bilərsiniz.
Ağrılar
Uşaqlığın böyüməsiylə əlaqədar olaraq sizin qarın nahiyənizdə ağrılar ola bilər. Ayaq və bel nahiyəsindədə ağrılar olacaq. Bu da sizin oturaq həyat tərzinizdən və yaxud iş rejiminizdən asılıdır. Əgər siz belə həyat tərzi sürürsünüzsə, onda mütləq istirahət edin, uzanıb ayaqlarınızı yuxarı qaldırın.
Qidalanma 
Ana namizədinin ruh və bədən sağlamlığının yerində olması və balanslı qidalanması körpəsinin sağlam qidalanması və inkişafıyla əlaqəlidir. Hamiləlik dövründə az və tez yemək yemək lazımdır. Hamiləlik dövründə arıqlamaq məqsədilə pəhriz tutmaq olmaz (!). Hamilə olmayan qadının gündəlik kalori ehtiyacı 2100 kaloridir. Hamilə olan bir qadının gündəlik kalori ehtiyacı isə ortalama 2500 ətrafındadır. Körpəniz qidalara ehtiyacını sizin bədəninizdən ödəyər. Buna görə də az yemək və ya lazımi zülal, vitamin və mineralları almamaq əvvəl sizə, sonra körpənizə zərər verəcək. Körpəniz dünyaya gəldiyi zaman almış olduğunuz çəkinin böyük əksəriyyətini bir anda itirmiş olacaqsınız. Geriyə qalan çəkinin isə nizamlı bəslənərək və idman edərək asanca verə bilərsiniz.
Qadin.Netlə birlikdə hamiləlik (XIX həftə)
Cinsi həyat
Hər zaman olduğu kimi, bu dövrdə də sizin üçün heç bir risk təşkil etməyəcək ağrılarınız yoxdursa, onda siz öz cinsi həyatınıza davam edə bilərsiziniz. Yox, əgər sizdə hər hansısa bir problem varsa, həkimlə məsləhətləşin. Və düzgün pozalar seçməklə özünüzə və körpənizə sağlam bir mövqe yaradın.
Axıntılar
Bütün hamiləlik boyu olan axıntılar sizi narahat etməməlidir. Artıq risk geridə qalıb. Əgər bu axıntılar sarı, yaşıl, qəhvəyi rəngdədirsə, onda mütləq analiz edilib və narahatçılıq aradan qaldırılmalıdır. Bu, infeksiya nəticəsində ola bilər və mütləq doğuşdan qabaq müalicə olunmalıdır.
Qadin.Netlə birlikdə hamiləlik (XIX həftə)
Ultrasəs müayinə
Siz ultrasəs müayinəyə getməklə körpənizin qız və yaxud oğlan olmasını öyrənə bilərsiz. Nəinki bunu, hətta uşağınızdakı hər hansı bir problemi də öyrənə bilərsiniz. Uşaqlığın ölçüsünü, uşağın boyunu, çəkisini, ürək döyüntüsünü də öyrənməlisiniz. Əgər hər hansı bir problem olarsa, mütləq həkiminizlə məsləhətləşin.
7 iyul 2013
GO BACK