Qadin.NET / Qadın.Netlə birlikdə hamiləlik (XIV həftə)

Qadın.Netlə birlikdə hamiləlik (XIV həftə)

Döl

     Hamiləliyin 14-cü həftəsini "suayırıcı anı" adlandırmaq olar. Bu dövrdə hamiləliyin ikinci üç aylıq dövrü başlayır. Belə ki, bundan sonra, dölün ən çox patologiyaları və anomaliyaları hamiləliyin erkən mərhələlərindəki kimi qorxuducu deyil. Fəal böyüyən körpənin inkişafı daha çox hiss olunacaq. Hətta o indi 8-10 sm-ə qədər böyüyüb və təxminən 30-40 qr  ağırlığındadır. İndi o aktiv hərəkət edir, qarın divarlarına dəyir, amma bu müddətdə siz onu hiss edə bilmirsiz. Halbuki bir çox qadın bu qədər az bir vaxta hiss etdiklərini bildiriblər. Hamiləliyin 14 cü həftəsində artıq körpənin sümük "skleti" formalaşmağa başlayır. Artıq qabırğalar yaranıb. İndi dölün orqanı hələ qalın təbəqəli qoruyucu yağlarla ilə əhatə olunur. Körpənin bütün idarə etmə sistemləri və orqanları formalaşmağa başlayıb və artıq daha mürəkkəb bir dövr başlayır. Buna baxmayaraq biz hələ ananın qarnındakı körpəsinin kim olduğunu bilmirik, amma qan qrupu artıq bəllidir.

14-cü həftə hamiləliyində ultrasəs müayinəsi

     Ultrasəs müayinəsi təkcə körpənin cinsiyyətini müəyyən etmək və ölçüsünü bilmək üçün deyil, ultrasəs müayinəsi dölün inkişaf dərəcəsini qiymətləndirmək üçün cox əlverişli formadır. Hamiləliyin 14-cü həftəsində ultrasəs müayinəsində körpənin boyu, artımı, dölün inkişaf dərəcəsi müəyyən edilir. Bununla yanaşı körpənin iç orqanları da mütəxəsis tərəfindən dəyərləndirilir- mədə, bağırsaq, ürək, böyrək və başqaları. Eləcə də körpənin bud sümük və omba uzunluğu da müəyyən edilir.

 Qadın.Netlə birlikdə hamiləlik (XIV həftə)

Hamiləliyin 14 cü həftəsində Analizlər

 

     Əgər bu vaxta qədər ana namizədi analizlər etdirməyibsə indi hamiləliyin 14-cü həftəsi üçün analizlər edilməlidir. Ümumi və ginekoloji müayinə forması, sidik analizi, ürək və diş müayinəsi olunmalıdır. Hətda bəzən maye analizinə də ehtiyac olur. İynə vasitəsilə uşaqlıqdan maye çəkilir və analiz aparılır. Ancaq bu analizin verilməsi üçün ana namizədi öz fikrini bildirə bilər. Əgər ana razı deyilsə maye analizinə, bu analizi verməyə də bilər. Belə bir analiz ultrasəs ilə eyni vaxtda həyata keçirilir. Bu analizlərdən ən vacibi qan analizidir. Qan analizində bir çox infeksiyaların qarşısını almaq və aşkarlamaq üçün çox vacibdir.

Ağrılar

     Hamiləliyin 14-cü həftəsində adətən bel və baş ağrıları başlayır. Bel ağrılarının əsas səbəblərindən biri də hündürdaban ayaqqabılar ola bilər. Əgər siz hələ də belə ayaqqabılar istifadə edirsinizsə bundan əl çəkməyin tam vaxtıdır. Bu ağrılar həm də qadının boyu və çəkisi ilə də əlaqəli ola bilər. Bu dövrdəki baş ağrılarının miqrenlə də əlaqəsi ola bilər və siz daha çox istirahət etməlisiz. Əgər bu ağrılar sizi çox narahat edirsə siz qaranlıq və sərin yerdə uzanıb başınızı masaj etdirə bilərsiz. Qarında ağrılar çox olarsa və bu ağrılar qan axma və axıntılarla olarsa bu simptomlar bir hamiləlik çatışmamazlığı riskinin yüksək olduğunu, hətta dölün ölümünə səbəb ola biləcəyini göstərər.

Hisslər

     Bir neçə ananın bədənində qida çatışmazlığı səbəbindən baş verən fizioloji dəyişikliklər ola bilər. C vitaminin çatışmamazlığı diş ətlərinin qanamasına və hamiləliyin gücünün azalmasına gətirib çıxarır. A vitaminin çatışmamazlığı isə saç tökülməsi, dəri quruluğu və dırnaqlarda qırılmağa səbə olur. Bu səbəblərin aradan qalxması üçün vitaminli qidalar və meyvələrdən bolluca istifadə etmək lazımdır.

Qarın

     Artıq hamiləliyin 14-cü həftəsində ananın qarnı dairəvi şəkil alır və bu da anaya sevinc bəxş edir. Əgər göbəyinizin alt hissəsində qara xətlər, çatlaqlar olarsa bu sizi heç də qorxutmasın bu müvəqqəti dəri hüceyrələrinin toplanması ilə bağlıdır. Qarında yaranan bəzi dəri çatlamalarının qarşısını almaq üçün siz zeytun yağı və ya badam yağındanda istifadə edə bilərsiz. İndi siz hamiləlik üçün olan geyimlər barədə düşünə bilərsiz.

Qadın.Netlə birlikdə hamiləlik (XIV həftə)
Uşaqlıq

     Qarının böyüməsi, həmçinin uşaqlığın böyüməsi və uşağın böyüməsi ilə bağlıdır. Hamiləliyin 14-cü həftəsində uşaqlıq artıq böyüməyə və göbək hissəsinə qalxmağa başlayır. Ana öz əlini qarnına qoyaraq artıq hiss edə bilər ki, uşaqlıq böyüyüb və yuxarı qalxıb.

Axıntı

     Hər bir normal hamiləlik axıntılarla müşayət olunur. Əsas odur ki bu axıntılar iysiz və rəngi şəffaf olarsa bu hamiləliyin normal getməsinin səbəbidir. Əgər bu axıntılarda dəyişiklik olarsa, məsələn-kəskin qoxulu, qanlı, irinli və uşaqlıq yolu qaşınmalar olarsa bu sizde virus olmasına işarədir. Ən təhlükəli axıntı qan və ağrının olmasıdır. Bu zaman düşük təhlükəsi ola bilər və siz dərhal həkiminizə müraciət etməlisiniz: gecikmək yolverilməzdir. Bunun əsas səbələrindən biri də uşaqlıq ağzının aşınması ola bilər.

Qanaxma

     Hamiləliyin 14-cü həftəsində qanaxma çox qorxulu bir əlamətdir. Qanaxma ağrılarla olarsa bu körpənin düşməsinə səbəb ola bilər. Bu zaman uşaqlıq sıxılır və uşağı itələməyə başlayır. Bunun üçün mütləq mütəxəssisə müraciət etmək və ətraflı müayinə lazımdır.

Soyuqdəymə

     Hamiləliyin 14-cü həftəsində bəzi təhlükəli proseslər geridə qalsa da soyuqdəymə qaçılmazdır. Soyuqdəymənin ilk əlamətlərini hiss etdikdə, əgər istiliyiniz 38 dərəcədən aşağı düşmürsə onda mütləq həkimə müraciət edin. Bu müddətdə siz yataq rejiminə üstünlük verməlisiniz və dərman qəbul etməlisiniz. Yalnız həkim nəzarəti altında dərman qəbul edilməlidir.

İstilik 

     Hamiləliyin 14-cü həftəsində istilik müxtəlif xəstəliklərdən ola bilər. Bunlara qrip, sətəlcəm, bronxit və ən əsası böyrək yolu infeksiyaları və sistit səbəb ola bilər. Artan istilik həkim tərəfindən ətraflı müayinə olunmalıdır və səbəbi aydınlaşmalıdır. Əgər ciddi bir xəstəlik olarsa mütləq xəstəxanada həkim nəzarətində müalicə olmalıdır.

 Qadın.Netlə birlikdə hamiləlik (XIV həftə)

 Hamiləliyin 14 cü həftəsində Qidalanma

     Hamiləliyin 14 cü  həftəsində güclü, balanslı və sağlam qida olmalıdır. Həmçinin bəzi pəhrizlərə də riayət etmək lazımdır ki, uşaqda alergik reaksiya olmasın. Əgər siz kürü, inək südü, şokolad, meyvə və tərəvəz parlaq narıncı və ya qırmızı rəngli meyvələr, yumurta, bal, sitrus meyvələri ilə qidalanırsızsa onda ehtiyatlı olmaq lazımdır. Ət zəruri proteindir, yağ mənbəyi kimi lazımlıdır. Lakin hamilə qadınların pəhrizi olmalıdır, amma bu pəhrizi müxtəlif yeməklərlə əvəz etmək daha yaxşı olar. Məsələn - dovşan əti, toyuq, yağsız mal əti. Fosfor və faydalı doymamış yağ turşuları üçün bədən müntəzəm balıq tələb edir.

Armud, lobya, kələm - bunlar köpün yaranmasına səbəb olur. Bunun əvəzinə meyvə və tərəvəzlə zənginləşdirilmiş pəhriz faydalı olacaq.

Cinsi əlaqə

     Sizin üçün təhlükəli vaxtın geridə qalmasıyla bağlı olaraq siz artıq öz intim həyatınıza qayıda bilərsiniz. Ancaq unutmaq lazım deyil ki, sizin hamiləliyinizdə problemlər varsa özünüzü normal hiss etmirsinizsə, qanaxmalar, axıntılar mövcuddursa cinsi əlaqəyə girməniz doğru olmaz. Bunun üçün əvvəlcə ginekoloqunuzla məsləhətləşməniz lazımdır. Ən əsası da bu dövrlərdə ata namizədlərinə daha çox məsuliyyət düşür. Cinsi əlaqə zamanı kişi daha çox ehtiyatlı və nəvazişli olmalıdır. Həm ana üçün, həm də gələcəkdə dünyaya gələcək körpənizə zərər verməmək üçün.

 

 

10 iyun 2013
GO BACK