Qadin.NET / Qadin.Netlə birlikdə hamiləlik (X həftə)

Qadin.Netlə birlikdə hamiləlik (X həftə)


 

10-cu həftədə olan dəyişikliklər

  Artıq hamiləliyinizin 2,5 həftəsidir. Bu ayın sonunda artıq hamiləliyinizin 3 ayı bitir. Demək ki, bir az da səbirli olsanız çətin anlarınız geridə qalacaq. Bu həftədə artıq dölün 8-ci həftəsi tamam olur və bu müddətdə körpənizin erkən inkişafı başa çatmış olur. Artıq növbəti həftədə körpəniz embrion statusundan döl statusuna keçir və yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Hələki, hamiləliyin 10-cu həftəsindəki hisslər bir həftə əvvəl müşahidə olunan hisslərlə eynilik təşkil etməkdədir və hormonlar bu həftədə öz işinə davam edir. Deməli, hələ ki, qan zəhərlənmələri əlamətləri keçməyib. Belə bir vaxtda gələcək ana özünü bununla sakitləşdirə bilər ki, artıq ən yaxın zamanda qan zəhərlənmələri keçmişdə qalacaq. Adətən həmin əlamətlər 12-ci həftədə keçib getmiş olur. Bu həftə ürək bulanma və vaxtaşırı əmələ gələn qusmalarla yanaşı həmçinin, yuxululuq, tez yorulma, halsızlıq kimi əlamətlərlə müşahidə olunur. Həmçinin əhval ruhiyyə düşkünlüyü və hisslərdə qeyri-sabitlik yaranır.  Artıq növbəti həftələrdən demək olar ki, həyəcanlı günləriniz geridə qalacaq və sizin üçün sevincli xöşbəxt bir həftələr başlayacaq, çünki, bu həftələrdən sonra sizdə Allahın köməkliyi ilə hər şey yaxşılığa doğru gedəcəkdir. Artıq əvvəlki həftələrədə açılış olar deyə qorxaraq həyəcanlandığınız günlər arxada qalacaq. Artıq bu həftələrdən başlayaraq çalışın açıq havada çox gəzin, çox hərəkətsiz qalmayın. Yəni uzun müddət oturaq vəziyyətdə qalmanız heç də məsləhət görülmür. Yaxşı olar ki, gəzintiləri, istirahəti, yuxunu, yeməyi planlı şəkildə edəsiniz. Onda hamiləliyinizdə hər şey öz yolunda gedəcək inşallah.

Qadin.Netlə birlikdə hamiləlik (X həftə)
Hamiləliyin 10-cu həftəsində qarın

 Baxmayaraq ki, mayalanmadan heç də az vaxt keçməmişdir həmçinin döl fəal böyüməyə və inkişafa davam edir, hamiləliyin 10-cu həftəsində qarın hələ çıxmağa başlamamışdır. Bunun əvəzinə bir çox hamilələr bu mərhələdə öz qarın nahiyəsində göbəkdən aşağıya doğru gedən tünd xəttlər müşahidə edirlər. Bu gələcək ananın orqanizmində melanin maddəsinin birləşməsinin inkişafıdır. Baxmayaraq ki, qarın hələ böyüməyə başlamamışdır, amma çəkinin təqribən 2-3 kq artaması müşahidə olunur. Çəkinin belə nəzərə çarpacaq dərəcədə artması süd vəzilərinin böyüməsi, qanın həcminin artması və həmçinin uşaqlığın böyüməsi nəticəsində yaranır. 

Uşaqlıq 

 Hamiləliyin 10-cu həftəsində artıq uşaqlıq bir iri həcimli almanı və ya qreypfrutu xatırladır. Uşaqlıq yavaş-yavaş çanağa sıxlaşmağa başlayır və bu səbəbdən uşaqlıq artıq hamiləliyin 10-cu həftəsində yuxarı tərəfə qalxmağa başlayır və çox tezliklə əl ilə hiss olunmağa başlayacaq.

Qadin.Netlə birlikdə hamiləlik (X həftə)

Qan analizi

 Adətən qadın hamiləliyinin 10-cu həftəsində bir neçə aydan sonra həyata yeni bir insan bəxş edəcəyinin fərqinə varmağa başlayır. Əgər bu vaxta qədər hər hansısa səbəbdən qadın məsləhətxanasında qeydiyyata düşməmisinizsə onda indi qeydiyyatdan keçmək və qan təhlilləri vermək üçün əsl vaxtdır. Hamiləliyin 10-cu həftəsində mütləq qanın ümumi təhlilləri, sidiyin təhlili və həmçinin qanda şəkərin miqdarını yoxlayan təhlilləri verilməlidir. Hamiləliyin 10-cu həftəsində Genekoloqlar əsasən qanda şəkərin miqdarını yoxlayan təhlillərin verilməsinə xüsusi diqqət yetirirlər. Əsasən də yaşı 25 dən yuxarı olan, artıq çəki problemi ilə üzləşən və ya qohumlarında şəkər xəstələri olan hamilələrdə yoxlanılmasını vacib bilirlər. Həmçinin qanın təhlilləri, testosteren harmonunun qadının orqanizmində səviyyəsi yoxlanılır. Hamiləlik zamanı testosteren harmonunun cuzi də olsa artmasının qarşısı alınmalıdır. Bundan başqa həkim hamiləliyin 10-cu həftəsində XQÇ qan təhlilinin verilməsini heç də az təyin etmir. Genekoloq bu təhlili adətən , hamilə qadında uşaq düşürmə hallarının əlamətləri müşahidə olunduqda təyin edir. XQÇ harmonu artıq mayalanmanın ilk günündən embrionun fəallığı nəticəsində artmağa başlayır və onun səviyyəsi embrion inkişaf etdikcə daima çoxalmağa doğru gedir. Bu təhlillərin vasitəsilə dölün nə dərəcədə uğurlu inkişafı və ya inkişafdan qalma təhlükəsinin olması müəyyən olunur. 10 həftəlikdə qadının ifadəsinə görə bəzi genetik təhlillər də təyin oluna bilər. Bu təhlillər dölün inkişafında hər hansısa bir irsi çatışmazlıqların olub-olmayacağını hələ hamiləliyin erkən dövründə müəyyən edir. Bu baxımdan bu təhlilin də verilməsi məqsədə uyğun sayılır. Ümumiyyətlə qan təhlillərinin verilməsinə diqqət artırılmalıdır bu həftədə və buna heç də laqeyd yanaşmaq olmaz. Titr qan təhlillərinin də verilməsini həkim müəyyən edir. Əgər sizin qan qrupunuz mənfi, yoldaşınızınki müsbətdirsə(və ya əksinə) onda həkim bu qan təhlilinin verilməsinə göstəriş edir.

Ultrasəs müayinəsi

 Adətən 10-cu həftədə ultrasəs müayinəsinin edilməsi hər hansı bir həkim göstərişi olmadıqda məsləhət görülmür. Əsasən birinci ultrasəs müayinəsi 14 -cü həftəyə kimi edilməlidir. 10-cu həftədə ultrasəs müayinəsi əsasən hamiləliyin inkişafının yoxlanılmasına və vaxtının tam dəqidliklə göstərilməsinə görə edilə bilər. Bu həftədə ulturasəs müayinəsində körpənizi tam dəqiqliklə insana necə bənzədiyini görə biləcəksiniz. Əlbətdə amma çox kiçik ölçüdə. Hamiləliyin bu həftəsində körpə kiçik bir gavalını xatırladır.

Həmçinin ultrasəs müayinəsində dölün necə əyilərək büküldüyünü, barmaqlarını necə tərpətməyini və dirsəyini əyməyini, ayağını necə hərəkət etməyini müşahidə edə bilərsiniz. Uşğın boyu 30-40 mm, çəkisi isə 5-6 qram təşkil edəcəkdir. Çəkinin belə yüngül olmasına baxmayaraq körpənizin ürəyi artıq çox güclü işləyir və dəqiqədə 150 dəfə döyünür.

Qadin.Netlə birlikdə hamiləlik (X həftə)

Bu həftədə həmçinin körpənin qulağı, ağız boşluğu əmələ gəlmiş olur. Körpə artıq fəal şəkildə hərəkət edə bilir, ağzını açıb yumur, əlini üzünə aparır və barmağını ağzına salır. Baxmayaraq ki, körpənin cinsiyyətini hələ görmək olmur, əgər körpə oğlandırsa onda qadının yumurtalığında testosteren kişi harmonu əmələ gəlməyə başlayır.


Hamiləliyin 10-cu həftəsində ağrılar

 Hamiləliyin 10-cu həftəsində bir çox qadınlar adətən müəyyən və qeyri müəyyən səbəblərdən ağrılardan şikayətlənirlər. Mütəxəssislər qasıq nahiyəsində çəkici və ağrılı hisslərin olmasını , uşaqlıqda yarananan sıxılmalarla əlaqələndirirlər. Bu ağrılar zamanı ağrının əsasən hansı hissələrə yönəldiyinə xüsusi diqqət yetirilməlidir. Əgər ağrı qarının yuxarı hissəsinə doğrudursa onda bu mədənizdə yarananan narahatçılıqdan xəbər verir. Ağrının azalması üçün yalnız qida rasionunuza fikir verməniz, həmçinin qidanın həcmini azaltmanız məsləhət görülür. Əgər bu kömək etmirsə onda qastroenteroloqa getməyiniz məsləhətdir. Hamiləliyin 10-cu həftəsində daha qorxulu , qarının aşağı hissəsində yaranan sıxıcı və sancılı formada birdən yarananan ağrıların olmasıdır. Belə ağrılar yüksək riskə vaxtından əvvəl və özbaşına düşüklərlə nəticələnə bilər, xüsusilə də bu sancılar qanlı və qəhvəyi axıntılarla müşahidə olunarsa. Bu zaman məsləhət görülür ki, təcili olaraq genekoloqa müraciət etməli və əgər ehtiyac duyularsa təcili yardım çağırmalısınız. Həmçinin əgər sidiyə çıxma zamanı ağrılar olursa yenə də həkimə müraciət etməniz və müalicə almanız məsləhətdir. 

Axıntılar

Adətən hamiləliyin 10-cu həftəsinə xas olmayan ağrılarla müşayət olunan axıntılar da çox ciddi nəticələnə bilər. Buna görə də, bu axıntılar zamanı diqqətli olmanız və həkimə müraciət etməniz məsləhət görülür. Bu həftəyə xas olan axıntılar əsasən açıq və ya süd rəngində, az miqdarda olmalıdır. Əgər axıntılar tündləşir və çoxalırsa bu heç də yaxşı əlamət sayılmır. Çürük kimi, iyli, selikli, pambığa bənzər və ya yumru- yumru axıntılar və birdən yaranan pis qoxu hər hansısa bir infeksiyanın olmasının əlamətləridir.
Qanlı və qəhvəyi axıntılar çox güman ki, açılışın əlamətləridir, ona görə bu kimi hallara diqqət artırılmalıdır. Adətən açılışın əlamətləri aybaşı zamanı qarının aşağı nahiyəsində güclü sıxıcı ağrılarla da müşayət olunur. Bu zaman təcili olaraq həkimə müraciət olunduqda hamiləliyi saxlamaq mümkündür. Belə axıntılar cinsi əlaqədən sonra, həmçinin genekoloq müayinəsindən sonra da yarana bilər. Amma bu zaman ağrılar olmur.

Qadin.Netlə birlikdə hamiləlik (X həftə)

Hamiləliyin 10-cu həftəsində yaranan soyuqdəymə və qızdırma

 Hamiləlikdə orqanizim infeksiyalı xəstəliklərə meyilli olduğuna görə bu halla üzləşmələr olur. Ona görə də özünüzü hər cür infeksiyalı xəstəliklərdən qorumalısınız. Əgər soyuqdəymə və qızdırma yaranarsa təbii üsullara əl atmanız məsləhət görülür. Bildiyiniz kimi hamiləlikdə bir çox dərmanlar əks göstərişlidir. Ona görə də, bu zaman isti içkilər (qaynar olmayan), limonlu və ballı çay, kərə yağı ilə süd, quru meyvələrdən kompot, giləmeyvəli mürəbbələr, itburnu dəmləməsi və s. içmək lazımdır. Qızdırmanı salmaq üçün isə həkim məsləhəti ilə uşaqlar üçün olan xüsusi şamlardan istifadə etmək lazımdır. Öskürəyə qarşı da hər səhər 1 çay qaşığı doşab içməniz məsləhətdir.

Qadin.Netlə birlikdə hamiləlik (X həftə)

10-cu həftədə cinsi əlaqə

 Əgər açılışa heç bir səbəb yoxdursa, hamiləliyiniz normal gedirsə onda bu zaman cinsi əlaqədən imtina etməyin. Bu həmçinin sizə nəinki olar, hətta yaxşı əhval ruhiyyənizin olması üçün lazımdır. Yox əgər hər hansı xırda narahatçılığınız varsa onda qəti şəkildə cinsi əlaqə qadağandır.

Hamiləliyin 10-cu həftəsində qidalanma
 Gələcək ananı düşündürən suallardan biri də, onun necə qidalanması ilə bağlıdır. Sözsüz ki, bu həftədə də qidalanmada sağlam, xeyirli, vitaminli, zərərsiz, əsasən meyvə və tərəvəz bolluğu olan qidalardan istifadə olunmalıdır. Süd məhsulları, ət və balıq da qida rasiyonuna daxil edilməlidir. Tünd çay və kofedən isə qəti olaraq imtina etməlisiniz. Bu qadağalara həmçinin acı, duzlu, qaynar, çox yağlı və çox şirin qidalar (hansıki, qanda şəkərin miqdarını artırıb şəkər xəstəliyinə yol açır) daxildir. Qidanın gün ərzində tez-tez və az-az 5-6 dəfə qəbulu məsləhət görülür. Şam yeməyini isə saat 7-dən sonraya saxlamq məsləhət deyil. Əgər bu vaxtdan sonra möhkəm acmısınızsa onda iki alma (başqa meyvə də ola bilər) və ya bir stəkan qatıq içməniz məsləhətdir.

Əziz Qadın.Netlilər? sonda hər birinizə sağlam hamiləlik və körpə diləmək arzusuyla....Hamiləliyinizin inşAllah 11-ci həftəsində görüşmək ümidilə...
20 may 2013
GO BACK