Qadin.NET / Hamiləlikdə dərman qəbulu

Hamiləlikdə dərman qəbulu

Hamiləlikdə dərman qəbulu

Cəmiyyət içərisində "Hamiləlik dövründə dərman istifadə etmək olmaz!" kimi bir anlayış var. Bu qədər dilə gətirilən bu vəziyyət həqiqətən doğrudurmu?

"Bu dövrdə dərman istifadə etmək olmaz!" deyimi yanlışdır. Həkimin lazım bildiyi vəziyyətlərdə onun təyin etdiyi dərmandan istifadə edilməlidir. Əks təqdirdə daha təhlükəli xəstəliklərin inkişaf riski artar. Bəs hansı hallarda bu xüsusi dövrdə dərmandan istifadə edilə bilər?

Bir çox qadının xəyalı olan hamiləlik dövrü xüsusi, xüsusi olduğu qədər də diqqət yetirilməsi lazım olan zamandır. Bu dövrdə ana namizədlərinin əsasən üst tənəffüs və sidik yolu infeksiyalarına qarşı diqqətli olması lazımdır. Xəstəliklərin inkişaf müddətində "Hamiləlikdə dərman istifadə etmək olmaz!" ifadəsinin nəzərə alınması arzuolunmaz çox ciddi xəstəliklərin inkişafına səbəb ola bilər.

Hamiləlikdə dərman qəbulu

Hamiləlik dövründə yaşana biləcəyiniz xəstəlik zamanı dərmanlardan istifadə haqqında aşağıdakı məlumatlara diqqət yetirək:

Hamiləlik xüsusi bir vəziyyətdir. Bədənin körpəni qəbul etməsi üçün lazım olan müddətdə immun sistemi zəifləyir və xəstəliklərə tutulma riski artır. Qrip infeksiyası "Hamiləlikdə dərman istifadə etmək olmaz!" düşüncəsi nəticəsində sətəlcəmə belə çevrilə bilər. Sidik yollarının infeksiyası da çox rast gəlinən bir problemdir. Analığa namizədin mütləq bu vəziyyətlərdə həkimə müraciət etməsi, həkim tərəfindən verilən reseptdəki dərmanlardan istifadə etməsi lazımdır. Əks təqdirdə, arzuolunmayan xəstəliklər inkişaf edə bilər.

Dərmandan istifadə edilə bilər

Hamiləlik dövründə antibiotiklər də daxil olmaqla lazım olduğu təqdirdə dərmanlardan istifadə edilə bilər. Dərman istifadəsi həkimin və ya həkimlərin birlikdə verəcəyi bir qərardır. Həkim tövsiyəsi nəzərə alınmalı, ana namizədi tərəfindən dərmandan istifadənin lazım olduğu inkar edilməməlidir. Beləcə, həm analığa namizəd, həm sağlam hamiləlik, həm də sağlam bir körpəyə sahib olmaq mümkün olar.

4 aprel 2016
GO BACK