Qadin.NET / Qadın möcüzəsi

Qadın möcüzəsi

Qadın möcüzəsi

Bir canlını içində böyütmək və onu dünyaya gətirmək bir möcüzədir. Bəlkə də elə xoşbəxt olmağın sirri bundadır - dünyaya yeni bir insan gətirmək! Deyərdim ki, bu, Tanrı tərəfindən qadına bəxş edilən ən mötəbər hədiyyədir. 9 ay boyunca bətninizdə böyütdüyünüz, bəslədiyiniz körpəni bu vaxtdan sonra qucaqlamaq hər şeyi unutdurar. Həyatınıza yeni bir həyat qatar....

Belə baxanda isə hamiləlik çox təbii bir hadisədir. Bəzən tibbin gərəksiz müdaxiləsi nəticəsində bu təbiilik alt-üst olur. 9 ayın sonunda dünyaya gəlməsi lazım olan körpə dünyaya çox erkən göz açır.

Bu günkü günümüzdə yeni bilgilər əldə edilir. Əslində bu bilgilərin çoxu var olan bilgilərin kəşf edilməsindən ibarət deyilmi?! İnsan dünyada ilk meydana çıxdığı gündən bu möcüzə vardır. Allah bəndələrinə (qadınlara) bu xoşbəxtliyi bəxş edib. Həyata yeni nəfəs, yeni insan, yeni gələcək - mühəndis, müəllim, həkim, memar, rəssam gəlir. Siz indi mənim bu yazımı sona qədər oxuyana qədər dünyaya 10.000 körpə göz açacaqdır.... 

Qadın möcüzəsi

Hal-hazırkı günümüzdə öz körpəsindən vaz keçən saysız-hesabsız qadınlara rast gəlirik. İnsan başqasının ayağını tapdalayanda rahat olduğu təqdirdə öz qanından olan körpəsinin, öz bətnində qatili olan saysız "ana"lar var. Bəlkə onlar var deyə biz körpələrimizi bu qədər sevirik. Bəlkə də onlar var deyə həyatı öyrənirik....

Hamiləlik ümumilikdə çox fizioloji bir hadisədir. Hər bir qadın bu müddətdə özünə diqqət etməlidir. Yəni yalnız özü üçün yox, 2 nəfər üçün hərəkət etməlidir. Körpə ana bətninə düşən andan etibarən bir şəxsiyyət kimi formalaşmağa başlayır. Hər keçən gün, hər keçən ay onun yeni bir nəfəsidir. Sizin yeni bir nəfəsinizdir. Hər keçən ay yeni bir sevgiyə ehtiyacı olar...

Allah onu sizə verməklə sizə nə qədər dəyər verdiyini bildirər. Sizə bunu həyatınız boyu hədiyyə edər. O hədiyyə nə solar, nə köhnələr, nə bədbən düşər. Əksinə günü-gündən çiçəklənər... 

Qadın möcüzəsi

"Körpənin tərbiyəsi ana bətdindən başlayar" deyərlər. Yeri gəlmişkən, sizə bu haqqda olmuş əhvalat danışım:

Bir ana olur. Körpəsi dünyaya göz açdıqdan 1 ay sonra balasını yaşlı və neçə illərdir körpələrlə işləyən dayənin yanına gətirir. Dayəyə:

"Mənim körpəm 10 aylıqdır. Bəzən ağlayır, bəzən yemək yemir, narahatlıq hiss edirəm onda. Tərbiyəsi ilə başlamağım tezdirmi? Neçə aylıqdan başlayım?" deyir. Dayə "Əziz ana, artıq 10 ay gecikmisiniz!" deyir  winked 

Hər bir qadına bu hədiyyəni arzu edirəm Tanrıdan. Körpəsindən imtina edən sonsuz sayda "ana"ların etdiyi səhvləri heç yoxmuş kimi heçə saymağı, körpələri sevməyi diləyirəm! Onları sevin! Çünki o, sizi sevib və bətninizə düşən andan 9 aydan sonra sizə qovuşacağını gözləyib.....

23 mart 2016
GO BACK