Burda yeniyəm, saytı təsadüfən tapmışam ki, nə yaxşı ki tapmışam Azərbaycan xanımları üçün belə bir virtual jurnalın olması çooox sevindirici haldır, redaktorlara təşəkkürlər... Keçim əsas məsələyə 29 həftəlik hamiləyəm, Allaha çoooox şükür hələki heç bir problemim yoxdu, bircə qorxudan başqa 21 yaşım var, hamilə qaldığımı öyrəndiyim ilk dəqiqədən buna hazır olmadığımı fikirləşmişdim.. amma bəbişimi elə çooooox istəyirəm kiiiii onun bircə təpiyi, hərəkəti mənə hər şeyi unutdurmağa bəs eliyir, ən əsəbi vaxtlarımda da... Amma QORXURAM.. nədən? doğuş ağrılarından... Əvvəl kəsir istəyirdim, yoldaşım, anam qəti əleyhinədilər.. Fəqərədaxilinə vurulan keyidiici barədə oxudum indi burda...
Xanımlardan və psixoloqdan məsləhət istəyirəm, zəhmət olmasa... Mən nə edim ki, bu qorxunu öldürüm içimdə? Ya da bəlkə elə ən yaxşısı ağrısız doğuşdu??? Kömək...