Bu xəstəlik insanlara toksiplazmoz xəstəliyinə tutulmuş ev heyvanlarından,ev quşlarından,iri buynuzlu mal-qaradan keçir.Odur ki,bu heyvanlarla təmasda olan və onların məhsullarından istifadə edən şəxslər arasında bu xəstəliyə daha çox rast gəlmək olur.Toksiplazmoz xəstəliyini törədən mikrob insan orqanizminə qida vasitəsi ilə,ağızın selikli qişasından keçir.Mikrobların bir hissəsi mədə şirəsinin təsirindən tələf olur,digər hissəsi isə qan və limfa yolları ilə orqanizmə yayılır.Toksiplazmoz xəstəliyinin yayılmasına dovşanlar və ağ siçanlar daha çox səbəb olur.Bu heyvanlar xəstə heyvanların yem qalığı ilə xəstəliyi tezliklə yayırlar.Xəstəlik yuyulmamaış meyvə-tərəvəz ,xəstə heyvan və xəstə quşun ətindən insan orqanizminə keçir.Qadınlar arasında toksiplazmoza kişilərə nisbətən daha çox təsadüf olunur.Bu da bəzən qadınların mətbəxdə tam bişməmiş xəstə heyvan ətinin duzunu yoxlamalrı ilə əlaqədardır.Bu xəstəyin törəməsi, orqanizmə daxil olan mikrobun xəstəlik törətmə və orqanizmin müdafiə qabiliyyətindən asılıdır.Xəstəliyi törədən mikrob qan və limfa yolları vasitəsilə toxumalar arasında yayılaraq daxili orqanların iltihabına səbəb olur.Ən əvvəl baş beyin,göz,ürək əzələsi,qaraciyər iltihaba tutulur.Daxili üzvlərin toksiplazmoz xəstəliyi zamanı həmin üzv nahiyəsində ağrıların olması müşahidə edilir.
Hamilə qadınlarda toksiplazmoz xəstəliyi zamanı əksər hallarda qaraciyərdə dəyişiklik gedir.Qaraciyər böyüyür,ağrılı olur,bəzi hallarda sarılıq baş verir.Toskiplazmoz uşaqda anadangəlmə olduqda gözündə iltihab,qızartı,qansızma,çəpgözlülük,beyinin inkişafdan qalması,beyinə su yığılması halları müşahidə olunur.Bu xəstəlik zamanı hamiləlik və doğum fəsadla keçir,bəzən hamiləlik müxtəlif aylarda pozulur.Bu xəstəliyə yoluxmuş qadının təzyiqi normadan aşağı olur,bu isə vaxtından qabaq doğuşa,erkən hamiləlik dövründə qanaxmaya səbəb olur.Kəskin toksiplazmoz xəstəliyi vaxtında müalicə olunmazsa xroniki hala keçib uzun müddət davam edə bilər.Odur ki,bu xəstəlik aşkar edilibsə mütləq müalicə olunmaq lazımdır.Müalicə 4-5 kurdan ibarətdir,hamiləlikdən qabaq və ya hamiləliyin 3-6-9 aylarında.
Toksiplazmoz xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlərdən istifadə edilməlidir:
1. Baytar həkimlər tərəfindən ev heyvanları və mal-qara arasında toksiplazmoz xəstəliyi aşkar edildikdə mütləq sanitariyya işləri aparılmalıdır.
2. Ev heyvanları olduqda həyətyanı sahə,bağ,bostan uşaqların oynadığı yer təmiz saxlanmalıdır.
3. Bu xəstəlikdən tələf olunmuş heyvanın cəsədi mütləq basdırılmalıdır.
4. Toksiplazmoz xəstəliyi haqqında qadınlar arasında sanitar-maarifi işi aparılmalı,bu xəstəlik barəsində mühazirələr oxunmalı,xüsusi kitablar və vərəqələr buraxılmalıdır.
5. Ev heyvanlarının təmizliyinə fikir verilməlidir.Yadda saxlamaq lazımdır ki,anadangəlmə toksiplazmoz xəstəliyi uşaqda bir neçə ildən sonra da baş verə bilər,onun şikəst olmasına səbəb ola bilər.