Amerkalı alimlərin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, iltihab əleyhinə həblər, habelə aspirin qəbul edən hamilə qadınların uşaqsalma təhlükəsi 90 % artıqdır. İş orasındadır ki, bu dərmanların əksəriyyəti dölün uşaqlığa keçməsindən ötrü lazım olan zəruri maddələrin birləşməsini məhv edir.
London Universiteti alimlərinin yeni ultrasəs texnologiyası vasitəsilə apardıqları araşdırmalar nəticəsində məlum olub ki, uşaqlar gülüb-ağlamağı hələ doğulmamış öyrənirlər. Alimlərin fikrincə, bu sadəcə emosiyalar deyil, orqanizmin müxtəlif qıcıqlara qarşı özünəməxsus refleksidir. Ana bətnindəki körpə 15 həftəliyində barmaqlarını hərəkət etdirməyə, 18 həftəliyində əsnəməyə, 26 həftəliyində gülməyə , ağlamağa və gözlərini qırpmağa başlayır. Onu da qeyd edək ki, doğuşdan əvvəl bu emosiyalar daha güclü olur.
Əksər alimlər hesab edirlər ki, uşağın cinsi mayalanmadan bir necə ay əvvəl ata və ananın tutduğu pəhrizdən də asılıdır.
Onların məsləhətləri:
Qız istəyirsinizsə:
Tərkibində cüzi miqdarda kalium və natrium, böyük miqdarda maqnezium və kalsium olan ərzaqlarla qidalanın. Ət yeməklərinə çox aludə olmayın, onları balıqla əvəz etməyə çalışın. Çörək və un məmulatlarını istədiyiniz qədər yeyin, amma fikir verin ki, çox duzlu olmasın. Bundan əlavə tərəvəzlərdən, xüsusilə kartof, çuğundur, kök , xiyar, soğan və noxuddan,meyvələrdən isə gavalı ,şaftalı,albalı,banan və portağaldan başqa hər şeyi yemək olar. Şəkər, bal, şirniyyat və mürəbbənin də xeyiri olacaq. Kolbasa, konservləşdirilmiş və duzlu balıq, istənilən növ pendir və dondurma yemək məsləhət görülmür. Qazlı su və konservləşdirimiş şirələri, qəhvə və çay, şokolad, kakao, kalsium və ya maqneziumlu mineral sularla əvəz edin.
Oğlan istəyirsinzisə:
Kalsium əvəzinə imkan daxilində çoxlu kalium və natrium qəbul edin. Ət və kolbasa məhsulları, o cümlədən istənilən balıq yeməkləri ilə qidalanmaq lazımdır. Un məmulatlarından peçenye və biskivit, tərəvəzlərdən - noxud və lobya ,meyvələrdən isə albalı, banan, şaftalı, narıncı və əriyə üstünlük verin. Qurudulmuş meyvələr də xeyirlidir. Kökə, vafli, süd və süd məhsulları,yaşıl salat ,paxla,kələm ,şüyüd, qoz ,fındıq ,badam ,südlü şokalad məsləhət deyil. İçkilərdən sodalı mineral su, çay ,qəhvə və meyvə şirələri içmək lazımdır. Daha effekli olsun deyə kişiylə qadın pəhrizə mayalanmadan azı bir ay əvvəl ciddi surətdə əməl etməlidirlər. Belə olan təqdirdə qız və ya oğlan uşağı barədə arzularınız, çox güman ki, çin olacaq. Amma unutmayın ki, pəhriz təkcə uşağın cinsinə deyil, həm də sizin sağlamlığınıza təsir göstərə bilər. Buna görə də məhsulların "qara siyahısı" nı tutmazdan əvvəl həkimlə məsləhətləşin.
Körpənin əsəb sistemində anadangəlmə çatışmazlıqlar ananın hamiləlik dövründə necə qidalandığına dəlalət edir. Kaliforniya Universiteti alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, qanın tərkibindəki qlükozanın səviyyəsini artıran qidanın həddindən çox qəbulu ,habelə həmin dövrdə ananın orqanizmində gedən piylənmə körpədə ağır anomaliyaların əmələgəlmə risqini dörd dəfə artırır. Ananın uşağa qalmazdan əvvəl və hamiləlik dövründə qidalanmasını araşdıran tədqiqatçılar sübut ediblər ki, qana daxil olan qlükoza körpənin əsəb sisteminə mənfi təsir göstərir. Bu qida siyahısına şəkərlə bərabər ağ çörək, qarğıdalı və kartof da daxildir. Bu ərzaqlarla qidalananda qanın tərkibindəki qlükoza nəzərəçarpacaq dərəcədə artır. Bu isə körpənin onurğa sütununun formalaşmasında pozuntulara səbəb olur .
Doğuşdan sonra orqanizimdəki dəmir çatışmazlığını bərpa etməkdən ötrü azı 4 il vaxt lazımdır.
Avstraliyalı alimlərin öz ilk övladının doğulmasını gözləyən 18-40 yaş arası 312 kişi arasında tədqiqat aparıblar. Nəticədə məlum olub ki, gələcək atalar 9 ay ərzində orta hesabla 2-3 kq kökəlirlər. Kişilərin 5% -i isə bu müddət ərzində güclü stres keçirdiyindən çoxlu miqdarda spirtli içki qəbul edir. Hamiləliyin son aylarında cinsi yaxınlıqda yaranan fasilə cütlərin 52% -də cinsi fəallığın zəifləməsinə səbəb olur. Tədqiqatlara rəhbərlik edən Karolina Korkindeylin sözlərinə görə, qadının hamiləliyi kişiyə də təsir göstərir. Ən təəccüblüsü isə odur ki, atalar ən güclü stresi doğuş zamanı və ya sonradan deyil ,məhz hamiləliyin son aylarında keçirir.
Hamiləliyin əvvəlində hormonların təsiri altında iştah xeyli artır.Bu,orqanizimdə qidalandırıcı maddələrə təlabatın artması ilə izah olunur.Narahat olmağa dəyməz ,sadəcə ,yeməyin tərkibinə diqqət yetirin.Hamiləlik zamanı daha çox zülal qəbul etmək lazımdır. Kökəlməkdən qorxanlar makaron və başqa xəmir xörəklərdən imtina etməlidirlər . Ət yeyin ,qarnir əvəzinə isə tərəvəzlərdən salatlar hazırlayın. Orqanizm tədricən bu vəziyyətə uyğunlaşacaq və iştah normallaşacaq.
Hamiləlik zamanı qadının stres keçirməsi körpədə narahatlıq və ətrafdakılara qarşı düşmənçilik hissi yaradır.
Allah bütün xanımları analıq mükafatı ilə mükafatlandırsın .Həmçinin məni də. Amin.