Qadin.NET / Hamiləlik dövrləri (1-10 həftələr)

Hamiləlik dövrləri (1-10 həftələr)

Hamiləlik dövrləri (1-10 həftələr)

Birinci həftə.
QADIN
Beləliklə, birinci həftə... Artıq bu həftədən başlayaraq, mərkəzi sinir sisteminiz hormonal fonun aktiv şəkildə yenidən qurulmasına başlamışdır. Bu yenidən qurmanın məqsədi Sizin orqanizminizdə yetişməkdə olan 300 000 min (!) yumurta hüceyrəsindən birini mayalanmaya hazırlamaqdır. Bu prosesə 2 həftəyə yaxın vaxt sərf olunur. Ona görə də, bu həftə birinci sayılır: gələcək körpənin obrazı məhz bu dövrdə formalaşır!
Bu dövrdə orqanizmin yerinə yetirdiyi iş onun üçün adidir. Çünki, o həddibuluq dövründən başlayaraq, hər ay bu işi yerinə yetirir və ümid etmək olar ki, o, bu dəfə də işinin öhdəsindən gələcək. Yaxşısı budur, orqanizminizə Sizin edə biləcəyiniz yardım haqda söhbət edək.
Yolunuz açıq olsun!
GƏLƏCƏK UŞAQ
Hələki, Sizin gələcək körpəniz real orqanizm deyil, bir ideya halındadır. Bu ideyanın rüşeyminin bir yarısını isə öz beşiyində yerləşən minlərlə yumurta hüceyrələrindən biri təşkil edir. Ikinci yarısı isə (ata tərəfi), yetkin spermatozoid kimi hələ heç formalaşmamışdır (bu 2 həftədən sonra baş verəcək).
Bu şəklə diqqət yetirin. Sizin gələcək körpənizi təşkil edən 100 trilion huceyrənin anası olan yumurta huceyrə bu şəkildədir. Gözəldir, elə deyilmi?
Eyni zamanda orqanizmin işi davam edir. Artıq minlərlə yumurta huceyrənin arasında birini lider kimi ayırmaq olar. Adətən bu hüceyrə içərisi maye ilə dolu olan qovuqcuqda yerləşir.
Ikinci həftə.

QADINIkinci həftənin sonuna doğru qovuqcuğuın (onu qraf qovuqcuğu adlandırırlar) ölculəri böyüdüyündən o, yumurtalığın divarından xaricə doğru qabarmağa başlayacaq. Bütün bunlar ovulyasiyaya - yetişmiş qraf qovuqcuğunun partlaması və yumurta hüceyrənin qarın boşluğuna çıxması üçün hazırlıq işləridir. Bundan sonra yumurta hüceyrə uşaqlıq borusuna  onun spermatozoidlə görüş - yerinə daxil olur. Qraf qovuqcuğunun yerində isə sarı cisim əmələ gəlir. Bu sözü yadda saxlayın. Çünki sonradan hamiləlik zamanı məhz bu cisim orqanizmin tam hormonal dəstəyini təmin edir və onun rolu çox böyükdür. Eyni zamanda sarı cisim hamilə qadınlarda tez-tez rastlanan erkən toksikozun səbəbi hesab edilir.
Yəqin ki, ovulyasiya gələn həftə baş verəcək. Bəzi qadınlar ovulyasiyanı hiss edirlər, beləki, bu proses onlarda qarnin bir nahiyyasində ağrı şəklində özünü göstərir. Bundan əlavə ovulyasiya vaxtını bazal temperaturu (düz bağırsaqda) ölçməklə də müəyyən etmək olar. Ən sadəsi, axırıncı aybaşının başlanma tarixindən saymaqla, ikinci həftənin sonu, üçüncü həftənin əvvəlinə düşən tarixin ovulyasiya günü olduğunu yadda saxlamaqdır.
Bununla əlaqədar olaraq bir neçə momenti dəqiqləşdirmək lazımdır:
Yaxşı olarki, bu günə 2-3 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girməyəsiniz. Bu, həyat yoldaşınızın kifayətqədər spermatozoid toplamasına kömək edə bilər. Halbuki, reallıq göstərir ki, bir çox ailə cütlərinə bu heç də gərək deyil.
Döllənmə məqsədi daşıyan cinsi əlaqədən əvvəl qadına cinsi orqanların tualetini, xüsusi ilə şırınqa aparmaq, vacib deyil, çünki, bu zaman istifadə olunan müxtəlif fasitələr uşaqlığın turşuluğunu dəyişə bilər. Bu isə döllənmə üçün arzuolunmazdır. Sadə gigiyena qaydalarını gözləmək kifayətdir. Çünki, aparılan təcrübələr göstərir ki, kişi cinsi hüceyrələri müxtəlif kimyəvi maddələrə, hətta ağız suyuna belə çox həssasdırlar.
Cinsi əlaqə zamanı döllənmə üçün ən yaxşı vəziyyət missioner vəziyyəti və gadının dirsək-diz vəziyyətində (kişi arxada) olmasıdır. Cinsi əlaqədən sonra qadin 20-30 dəq. müddətində arxası üstə uzanarsa, döllənmə şansı daha da artır (yaxşı olar ki, çanağı qaldırmaq məqsədi ilə bel nahiyyəsinə yastıq qoyulsun).
Birinci həftə həkim  genetikə baş çəkmək üçün münasıb vaxtdır. Sizin irsiyyətinizin və ailə anamnezinizin mükəmməl analizi dölə dəqiq diaqnozun qoyulmasına və yarana bilən inkişaf problemlərini vaxtı-vaxtında aşkar etməyə imkan verər.
Bu həftə ən əsas məsələ  hamiləliyin olum və ya ölüm məsələsi həllolunacaq.
Üçüncü həftə.
QADIN
Sizin orqanizminizdə növbəti ovulyasiya baş vermişdir, yumurta hüceyrə artıq uşaqlıq borusundadır və spermatozoidlə görüşməyin tam zamanıdır. Əgər belə görüş baş veribsə, təbrikləri qəbul edə bilərsiniz, Siz artıq hamiləsiniz. Bu həftənin axırında mayalanmış yumurtanın uşaqlıq divarına bərkiməsi (implantasiya) baş verəcək. Bəzi qadınlarda bu dövrdə az miqdarda qanaxmlar baş verə bilər. Lakin bu heç bir problem yaratmamalıdır.
Birinci həftə üçün olan tövsiyyələr qüvvədə qalır.
Gələcək uşaq

Yumurta hüceyrə və spermatozoid uşaqlıq borusunda görüşdülər. Onların birləşməsi nəticəsində ziqot  gələcək körpənizin birinci və ən əsas hüceyrəsi əmələ gəldi. Bütün sonrakı 100 trilion huceyrələrin hamısı ziqotun qızları hesab edilir. Daha sonra mayalanmış yumurta hüceyrə bölünməklə yanaşı uşaqlığa doğru hərəkət edir. Mayalanmadan üç sutka sonra rüşeym 32 hüceyrədən ibarət olur və forma etibari ilə tut meyvəsini xatırladır. Bu həftənin sonuna doğru rüşeymi təşkil edən hüceyrələrin sayı 250-yə çatır, formaca 0,1-0,2 mm diametrli kürrəyə bənzəyir. Alimlər rüşeymin bu dövrünü blastosid adlandırırlar.
Blastosid uşaqlıq divarının selikli qişasını və digər qatlarını qazımaqla orada sanki özü üçün yuva düzəldir. Bu qazma zamanı yuva ətrafında xırda qansızmalar baş verir və yuxarıda göstərdiyimiz az miqdarlı qanaxmaların səbəbi də məhz budur. Uşaqlıq divarına bərkinmə prosesi implantasiya adlanır. Implantasiya müvəffəqiyyətlə başa çatarsa, dölün inkişafının yeni mərhələsi başlayır. Indi artıq onun qidalanması Sizin orqan və sistemləriniz tərəfindən yerinə yetirələcək.
Döllənmədən implantasiyaya qədər olan müddətdə müxtəlif zədələnmələr nəticəsində rüşeym tamamilə dağıla bilər və hamiləlik pozula bilər. Lakin digər hallarda heç bir faktorun təsiri yeni yaranmış hamiləliyi pozmur və sonrakı inkişafda onlar öz təsirini heç cür göstərmirlər.
Spermatozoidlər yumurta hüceyrə üzərinə hücum edirlər. Olduqca fantastik bir mənzərənin şahidi olursunuz. Spermatozoidlər nazik quyruqları ilə yumurta hüceyrəyə vurmaqla, onu saat əqrəbinin əksi istiqamətində fırlanmağa məcbur edirlər.
Ziqot: spermatozoid DNT-si artıq yumurtanın daxilindədir. Tezliklə genetik proqramın ata və ana yarımhissələrinin birləşməsi və hüceyrənin birinci bölünməsi baş verəcək.
Mayalanmadan sonrakı birinci həftə. Yumurta hüceyrənin artıq iki qızı var.
Mayalanmadan sonrakı ikinci həftə. Bölünmə davam edir.
Mayalanmadan sonrakı ikinci həftənin sonu-üçüncü həftənin əvvəli. Artıq səkkiz blastomer var. Süni mayalanma zamanı (sınaq şüşəsi uşağı) qadının uşaqlığına məhz belə ruşeym qoyulur.
Diaqnostika məqsədi daşıyan sidik testləri müsbətdir. Rüşeymdə əsas toxumaların və orqanların təməli qoyulmuşdur.
Dördüncü həftə.

Hamiləlik dövrləri (1-10 həftələr)

QADIN
Əgər Sizdə izahı olmayan sinirlilik, tez yorulma, süd vəzilərinin şişməsi və həssaslığının artması yaranıbsa, deməli sarı cisim durmadan çalışır. Deməli, Siz hamiləsiniz. Lakin yaddan çıxarmayın ki, belə hallar həmçinin növbəti aybaşının başlamasına az qalmış da yarana bilər. O zaman sual meydana çıxır: bu hamiləlikdir, yoxsa yox? Xoşbəxtlikdən bu sualın cavabını vermək üçün üsul mövcuddur.
Bu həftədə Sizin orqanizminizdə yeni hormon  xorion (cift) qonadotropini əmələ gəlir. Bu hormonu sidikdə aşkar etməyə kömək edən testlər apteklərdə reseptsiz olaraq satılır. Ev şəraitində belə testləri aparmaq heç bir çətinlik təşkil etmir. Əgər test müsbət nəticə verərsə, demək olar ki, Siz hamiləsiniz. Amma yaxşı olar ki, bu testi o biri (beşinci) həftədə aparasınız, çünki, o zaman sidikdə xorion qonadotropininin səviyyəsi daha yüksək olur.
Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır. Yadda saxlayın ki, ilk 12 həftə Sizin gələcək körpənizin inkişafında ən kritik, ən məsuliyyətli dövrdür. Səhvə yol vermək olmaz  bu olduqca baha başa gələ bilər. Hər hansı bir sual meydana çıxarsa, ixtisaslı həkimə müraciət edin!
Gələcək uşaq
Bu həftə baş verənlər döl üçün olduqca əhəmiyyətlidir.
Bu dövrdə döldənkənar adlanan orqanlar inkişaf edir. Bu orqanların sayi üçdür: xorion, amnion, yumurta sarısı kisəsi. Bu adlar yəqin ki, Sizə tanış deyil. Buna baxmayaraq qeyd etməliyik ki, geniş insan kütləsinə çox da məlum olmayan bu orqanlar olmadan rüşeymin inkişafını təsəvvür etmək mümkün deyil. Ona görədə təbiət bu orqanların yaranmasına tam bir həftə sərf etməyi qərara almış və bu müddətdə hətta ruşeymin hüceyrələrinin inkişaf sürətini azaltmışdır. Döldənkənar orqanların yerinə yetirdiyi başlıca vəzifələr qidalanmanın təmin edilməsi, tənəffüs, biokimyəvi dəstək və körpənin hər tərəfli müdafiəsidir. Xorion sonradan plasentaya, amnion isə döl qovuqcuğuna çevrilir.
Maraqlı burasıdır ki, bu orqanların yaranmasına ata genləri ana genlərinə nisbətən daha çox qüvvə sərf edirlər. Hətta genetik səviyyədə belə, kişilərin əbədi vəzifəsi  onların məsuliyyəti altında olanların yaşamasını və müdafiəsini təmin etmək - belə özünəməxsus bir şəkildə yerinə yetirilir.
Körpəniz isə indiki dövrdə bir neçə qatdan ibarət olan diski xatırladır. Bu qatlardan hər biri sonradan yaranacaq hər bir orqanın əsasını təşkil edir. Lakin bütün bunlar hələ ki, uzaq gələcəkdədir.
Sol tərəfdəki şəkil ruşeymin həftənin əvvəlindəki halını əks etdirir, sağdakı isə 6-7 sutka ərzində baş vermiş dəyişiklikləri göstərir. Bu göy rəngli nazik zolağın sonradan körpəyə çevriləcəyinə inanmaq çətindir, elə deyilmi?
Artıq rüşeymin baş və quyruq qütblərini ayırd etmək mümkündür. Tibb işçiləri Sizin körpəni indiki vəziyyətində rüşeym alandırırlar.
Beşinci həftə
QADIN

Sizin səhhətinizdə keçən həftə baş verən dəyişiklərə bu həftə yeniləri  baş ağrıları, tezləşmiş sidik ifrazı, yuxululuq, iştahın azalması, ürək bulanma və hətta qusma əlavə oluna bilər. Siz özünüzdə əvvəl müşahidə etmədiyiniz istəklər, məsələn, daima duza və sirkəyə qoyulmuş şorapalara hədsiz hərislik aşkar edə bilərsiniz . Bütün bunlar erkən toksikoz. əlamətləridir. Bunların səbəbi Sizin orqanizminizdə davam edən hormonal yenidənqurmadır.
Elə qadinlar var ki, yuxarıda təsvir etdiyimiz əlamətlərdən heç biri onları narahat etmir. Belə qadınlar el arasında hamiləliyin ilkin əlamətləri hesab olunan ürək bulanma və qusmadan əziyyət çəkmədən erkən hamiləlik dövrünü rahat keçirəcəklər. Əgər Siz bu cür kiçik sevinclərdən məhrumsunuzsa, Sizə ancaq paxıllıq etmək olar. Yox əgər, urək bulanma və qusma Sizə əziyyət verirsə, dözümlü olun. 12-ci həftəyə bu işgəncə bitəcək. Erkən toksikoz Sizin üçün dözülməz hala çevrilərsə, o zaman həkimə müraciət edin, amma özübaşına müalıcə qəti surətdə qadağandır.
Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır.
GƏLƏCƏK UŞAQ
Bu həftə ərzində ruşeym əsaslı dəyişikliklərə məruz qalır. Əvvala, onun forması dəyişir-indi ruşeym daha çox 1,5-2 mm uzunluğunda silindri xatırladır. Həkimlər Sizin körpəni indiki vəziyyətində rüşeym adlandırırlar.
Bu həftə ərzində qara ciyərin və mədəaltı vəzin təməli yaranır. Eyni zamanda yuxarı tənəffüs yolları - qırtlaq və traxeya, həmçinin, ürək yaranmağa başlayır. Sinir borusunun hissəvi qapanması baş verir. Sinir borusu mərkəzi sinir sisteminin ruşeym formasıdır və buna görə onun vaxtında qapanması böyük əhəmiyyət kəsb edir. Bu prosesdə Sizin vitamin kompleksi şəklində və ya ayrıca olaraq qəbul etdiyiniz fol turşusu öz müsbət rolunu oynayır.
Daha bir əhəmiyyətli hadisə - rüşeymdə qonoblastların, yəni, gələcək spermatozoid və ya yumurta hüceyrin əsası qoyulur. Demək olar ki, bu proseslə Sizin gələcək nəvələrinizin dunyaya gəlmə şansı yaranır. Olduqca maraqlı, bəzən də inanılmaz kimi gəlir, deyilmi?
Erkən toksikoz Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır.
Altıncı həftə
QADIN

Əgər iş elə gətirib ki, Siz erkən toksikozun gözəlliklərinə düçar olmusunuz, o zaman bu həftə ərzində ürək bulanma güclənə bilər. Bəzi qadınlara müəyyən qoxular pis təsir edir, onlarda ağız suyunun ifrazı güclənir. Döş vəzilərində bəzən sancma xarakterli hissiyat əmələ gələ bilər.
Sizi harahat edən bütün buəlamıtlırin səbəbi orqanizmdə baş verən hormonal dəyişikliklərdir. Bu dəyişikliklərin məqsədi isə Sizin körpənizin bətindaxili inkişafi üçün mümkün qədər hərtərəfli şərait yaratmaqdır.
Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır. Bu işdə aşağıda verdiyimiz məsləhətlər Sizin köməyinizə gələ bilər:
Vitaminli preparatların qəbulunu davam edin (və ya başlayın). Çalışın ki, vitaminlərin qəbulu qusmanın Sizi az narahat edən dövrünə təsadüf etsin. Bu preparatlar Sizi toksikozdan xilas etməyəcək, amma dölü lazımı vitaminlərlə təmin edəcək.
Az-az, lakin tez-tez (6-7 dəfə) yemək yeyin. Ilk yemək qəbulunu hələ yataqda ikən başlamaq olar. Son yemək qəbulu isə yuxulama vaxtına yaxın ola bilər. Eksperiment kimi gün boyu müxtəlif qida məhsulları  suxari, kreker, kişmiş və ya çipslər qəbul edə bilərsiniz. Kim bilir, bəlkə bu məhsullardan biri ürək bulanmanı azaldacaq?
Əhəmiyyət baxımından qida məhsullarından heç də geri qalmayan maye qəbulunu da unutmayın. Mayeni Siz mineral sular, meyvə şirələri, meyvələr (qarpız, yemiş. xurma, armud) şəklində qəbul edə bilərsiniz. Orqanizmin maye və duz itkisinə səbəb olan qusma halları varsa, maye qəbuluna xüsusi diqqət yetirməlisiniz.
Günün çox hissəsini dincəlməyə sərf edin. Tes-yatın, gec oyanın. Xüsusi ilə səhərlər gərgin əməklə məşğul olmayın.
Sizi qıcıqlandıran qoxularla (dezodorant, müxtəlif parfümeriya məhsulları, qida qoxuları), dadlarla təmasda olmayın. Sizinlə bərabər yaşayan ailə üzvləri də bu işdə yardımçı olmalıdırlar. Bəzi qadınların etirafına görə onlara qusmadan xilas olmağa yaxşı diş məcunu və saqqız kömək etmişdir. Sınayın, bəlkə Sizin də dadınıza çatdı?
Stres gərginliyini mümkün qədər məhdudlaşdırın. Əgər bunu etmək mümkün deyilsə (məsələn, iş yerinizlə əlaqədardırsa), o zaman psixoterapevtə müraciət edin. Onunla bərabər apardığınız iş nəticəsində psixo-emosional gərginliyinizi azalda, erkən toksikozu daha asan keçirmək məqsədi daşıyan autotreyninq üsullarına yiyələnə bilərsiniz.
Bəzən Şərq təbabəti metodlarından xidmətlərindən istifadə olunur. Bu halda iynə refleksoterapiyası, barmaq akkapunkturu vasitəsi ilə qusma, urək bulanma, baş ağrıları kimi əlamətləri aradan qaldırmağa cəhd göstərilir. Lakin bu üsullardan ancaq həmin metodun keyfiyyəti barəsində 100% əmin olduğunuz məlumatı aldıqdan sonra istifadə etmək olar. Bunun üçün yaxın və tanışlarınızdan informasiya əldə etməyi, həkiminizlə məsləhətləşməyi tövsiyyə edirik.
Amma heç bir vəchlə, dərmanla özübaşına müalicəyə yol verməyin. Yaxşı olar ki, əvvəl ixtisaslı həkimə müraciət edəsiniz.
Həkim hər zaman Sizin üçün və körpəniz üçün problemin optimal həllini tapa bilər.
Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz?
Yeddinci həftə.

Hamiləlik dövrləri (1-10 həftələr)

Əgər döş giləsi ətrafi nahiyyənin tündləşməsini aşkar edərsəniz, təəccüblənməyin. Bu hamiləlik zamanı yarana bilən əlamətlərdən biridir.
Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz. Əgər belə gecikmələr Sizin üçün adət şəklindədirsə və yuxarıda göstərilən hamiləlik əlamətləri yoxdursa, buna baxmayarq birinci həftə üçün verilmiş tövsiyyələri yerinə yetirməkdə davam edin. Sizi əmin edirik ki, bunların heç bir ziyanı yoxdur. Yox əgər, saydığımız əlamətləri özünüzdə hiss edirsinizsə, qadın məsləhətxanasına müraciət edin, həm də əvvəl söhbət açdığımız hamiləlik testlərini də yaddan çıxarmayın (4-cü həftəyə bax).
Körpə bir qədər böyümüşdür  onun uzunluğu artıq 7-9 mm-ə çatır.
Qida borusunun, nəfəs borusunun və qarının ön divarının inkişafında irəliləyiş əldə olunmuşdur. Döş sümüyünun və nazik bağırsağın formalaşması hələ yeni başlayır. Böyrəküstü vəzin qabıq maddəsinin əsası qoyulur  bu, ən çətin vəziyyətlərdə insan orqanizminin köməyinə çatan endokrin vəzidir.
Kəllə beyin intensiv olaraq, inkişaf edir. Kəllə və çanaq nahiyyələri aydın seçilir.
Bu həftədə bəzi itkilər də baş vermişdir  sağ göbək venası itmiş, sol isə hələ qalmışdır. Sizi arxayın etmək üçün deməliyik ki, bu itki heç bir qorxu doğurmamalıdır, bu normal əlamətdir.
Körpə hələ də insandan çox kosmosdan gəlmiş qonağı xatırladır. Lakin bu keçici vəziyyətdir. Bunu bilən halda yəqin ki, dölün quyruğu Sizi qorxutmayacaq. Sizi inandırırıq ki, bu dunyada vaxtı ilə belə bir quyruğu olmayan insan tapılmaz. Bu, hər birimizin başına gəlmiş bir haldır.
10-cu həfətədə quyruq mütləq itəcək.
Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşını başlanmasını gözləyirsiniz.; həkimə müraciət etməyin əsil vaxtıdır. Embrion öz-özünə hərəkət etməyə başlayır.
Səkkizinci həftə.
Beləliklə, Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşının başlanmasını gözləyirsiniz. Əgər indiyə qədər hələ həkimə müraciət etməmisinizsə, əsil vaxtıdır! Qadın məsləhətxanasına və həkim  genetikin qəbuluna gedin.
Həkim-ginekoloqun ilk məsləhəti zamanı Sizin hamiləliyin fərdi müşahidə planı tərtib olunacaq. Bu plana aşağıdakı laborator müayinələr daxil olacaq:
Sidiyin zülala, leykositlərə ə xroniki qonadotropinə görə analizi;
Bazal arterial təzyiqin ölçülməsi;
Çəkinin ölçülməsi (ilkin bədən çəkisi)
Çanağın ölçülməsi;
Qanın ümumi analizi, RV, VİÇ infeksiyalarına, Rh-faktora görə analızı və s.
Ifrazat yaxmalarının müayinəsi (bunların bəziləri daha gec müddətdə də aparıla bilər);
Ailə və mamalıq anamnezi.
Siz burada hazırki hamiləliyin gözlənilən qanunauyğun nəticəsi olacaq doğuş üçün psixoloci-profilaktik hazirlıq almaq üçün hara müraciət etməli olduğunuz haqqında ətraflı məlumat ala bilərsiniz.
Sizin sağlamlıq vəziyyətinizin və anamnezinizin xüsusiyyətləri nəzərə alınmaqla, başqa əlavə müayinə metodları da təyin oluna bilər.
Həkim genetik tərəfindən Sizin irsiyyətiniz qiymətləndirələcək, əgər lazım olarsa, perinatal diaqnostika üçün tədbirlər planı hazırlanacaq (bu tibbi müayinələr döldə baş verən və əlilliyə səbəb ola bilən xəstəliklərin hələ doğuşdan əvvəl müəyyən etməyə imkan verir).
Sizin həkimlə olcaq sonrakı görüşlərinizin sayı və davam etmə müddəti hamiləliyinizin gedişindəm asılıdır.
Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır.
GƏLƏCƏK UŞAQ
Ürək yaranma prosesinin son naxışları yerinə yetirilir  ürək şöbələri arsında arakəsmələr tam təkmilləşdirilir. Ürəyin iri qan damarları ilə əlaqəsi genişlənir. Mədə aşağı doğru yerdəyişmə etməklə, qarın boşluğunda öz yerini tutur. Eyni zamanda, mədə divarının əzələ qatının sinir elementləri ilə təmin olunması prosesi başlanır, belə ki, bu proses sonralar qidanın mədədən düzgün keçməsi üçün böyük əhəmiyyət kəsb edir. Ağız suyu vəzlərinin əsası qoyulur.
Sümüklər və hətta oynaqlar aktiv inkişaf edir. Yuxarı dodaq formalaşır. Əgər doğulacaq uşaq oğlandırsa, bu dövrdə onun xayaları inkişaf etməyə başlayır.
Bu dövrdə aparılan ultrasəs skanlaşdırılması vasitəsi ilə təkcə baş və çanaq hissələrini deyil, həmçinin kürək və qarın nahiyyələrini, eyni zamanda gözlərini (tibbi dillə desək  göz qədəhlərini) ayırd etmək olar. Sizə elə gəlir ki, bunu etmək asandır? Heç də yanlış fikirlərə düşməyin. Nəzərə alın ki, bu canlının indiki dövrdə uzunluğu cəmi 8-11 mm-dir!
Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər.
Doqquzuncu həftə

Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər. Sözsüz ki, hamiləlik keçirmək  ağır əməkdir. Döş nahiyəsinə diqqət yetirin: əgər Sizin dərialtı venalarınız daha nəzərə çarpan şəklə düşübsə (göy rəngli tor şəklində), bu o deməkdir ki, Sizin damarlarınızın divarları genişlənməyə meyllidir (adətən bu problem daha sonrakı dövrlərdə meydana çıxır). Ruhdan düşməyin - əksinə, damarların hədsiz genişlənməsinin qarşısını almaq üçün tədbirlər görün:
Döş vəzilərinizi yaxşı saxlayan alt paltarı seçin;
Ağır əşyaları qaldırmayın və qarin əzələlərini gücə salmayın;
Uzun müddət oturmaq və uzanmaq məsləhət deyil, yaxşı olar ki, daha çox piyada gəzəsiniz:
Əgər uzun müddət uzanmaq məcburiyyətindəsinizsə, heç olmazsa, ayaqlarınıza hündür vəiyyət verin;
Həkiminizlə məsləhətləşdikdən sonra, elastik corablardan istifadə edə bilərsiniz.
Bu tədbirlər aşağı ətraflarda qan dövranını yaxşılaşdırır. Bununla da dərialtı venaların işini asanlaşdırır. Vitamin preparatlarını da yaddan çıxarmayın  C və P vitaminləri damar divarlarını möhkəmləndirir, onların genişlənməsinin qarşısını alır.
Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır.
GƏLƏCƏK UŞAQ
Baş beyin intensiv olaraq, inkişaf edir  bu həftədə beyincik formalaşır (bu beynin müvazinət sistemi üzrə cavabdeh şöbəsidir). Böyrəküstü vəzin beyin maddəsinin əsası qoyulur. Yəqin ki, həyatınızda bir dəfə də olsun, adrenalin sözünü eşitmisiniz. Bu hormon məhz böyrəküstü vəzlərin beyin maddəsi tərəfindən ifraz olunur.
Artıq Sizin körpənin üz hissəsini ayırd etmək olar. Çənə hələ də döşə doğru əyilmişdir. ətraflar aktiv olaraq, formalaşır: sümüklər möhkəmlənir, oynaqlar, əl və ayaq barmaqları daha da formalaşır.
Bu həfətədə ilk qeyri-iradi hərəkətlər baş verı bilər!
Körpə bir qədər böyümüşdür: onun təpədən sağrı nahiyyəsinə qədər olan uzunluğu 13-15 mm-dir. Çəkisi isə cəmi 1 qr  tək bir qram təşkil edir. Sizi təbrik edirik  bu Sizin varisinizin cəkisinin ilk qramıdır!
Yorğunluq və ürəkbulanma ... daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək. Bel xəttiniz tədricən itməyə başlayır.
Onuncu həftə.
Yorğunluq və ürəkbulanma hələ də Sizi narahat edirsə, bütün səbrinizi toplayın! Daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək (hər halda, hamilə qadınların əksəriyyətində belə olur). Süd vəzilərinin mərkəzi nahiyyəsində mərci dənəsi ölçüsündə düyünlər yarana bilər. Bunlar Mantqomeri düyünləri  adlanır və tər vəzlərinin böyüməsindən başqa bir şey deyil. Bu Sizin orqanizminizdə hamiləlik nəticəsində yaranan daha bir dəyişiklikdir.
Birinci həftə üçün olan tövsiyyələri yaddan çıxarmayın.
GƏLƏCƏK UŞAQ

Sizin körpəniz inkişafının yeni mərhələsinə - fetal dövrə daxil olur. Indi o, döl adlanır. Bu an üçün o, artıq möhtəşəm nailiyyətlər əldə etmişdir!
Oynaqlar, əl və ayaq barmaqları, qulaq seyvanları, üst dodaq formalaşmışdır. Diafraqma  qarın boşluğu ilə döş qəfəsini ayıran pərdə demək olar ki, hazırdır. Xarici cinsi orqanların formalaşması başlanır. Quyruq itir. Süd dişlərinin əsası (onlar həyatın birinci ilində çıxacaq) inkişaf etməyə başlayır.
Körpə komfort bir şəkildə amnion mayesi (və ya dölyanı sular) ilə dolu olan döl qovuğunun içərisində yerləşir. Qovuqdakı mayenin miqdarı  20 ml  dir. O demək olar ki, şəffafdır. Körpənin gözləri geniş açılmış vəziyyətdədir, lakin onun görmə qabiliyyətinin olub-olmaması haqqında heç bir mülahizə yürütmək mümkün deyil.
Dölün çəkisi 4 qrama qədərdir, təpədən sağrı nahiyyəsinə qədər olan üzünlüğü 27-35 mm-dir. Əgər o, uşaqlıq divarına toxunursa, divardan təkanla aralana bilər! Lakin Siz hələ bunu hiss edə bilməzsiniz.
Bu dövrdə hamilə qadınların çəkisinin çox artması demək olar ki, təsadüf olunmur...

16 yanvar 2010
GO BACK