Qadin.NET / Hamilələr üçün gimnastika

Hamilələr üçün gimnastika

Hamilələr üçün gimnastika

Hamilə qadına gimnastika nə üçün lazımdır? Məşğələləri yerinə yetirərkən, müxtəlif orqanların qan dövranı yaxşılaşır. Doğuş qadın fiziologiyası üçün bir sınaqdır. Hazırlıqsız qadınlarda çox vaxt cırılmalar baş veri. Odur ki, qadınlar aralıq əzlələrini möhkəmləndirməlidirlər. Toksikozu olan qadınlar orqanizmin təmizlənməsinə yönəlmiş məşğələlərə üstünlük verməlidirlər.
Gimnastikaya bir oyun kimi yanaşın. Bu oyunda həyat yoldaşınız da iştirak etsə, lap yaxşı olar. Ümumiyyətlə, hamiləlik zamanı daha çox üçlükdə olmağa çalışın. Gimnastika gələcək körpənin valideymləri ilə ünsiyyətinin bir növüdür.
Gimnastik məşğələləri yemək qəbul etmə vaxtlarının arasında (yeməkdən 2 saat əvəl və ya sonra, acqarnına) və hər gün eyni vaxtda yerinə yetirmək yaxşı olardı. Davam müddəti 30 dəqiqədən 1 saata qədər ola bilər. Bu məşğələləri havası dəyişdirilmiş otaqda, döşəmə və ya xalça üzərində yerinə yetirilməlidir.
Hərəkətləri yerinə yetirərkən, tam sərbəst olmaq lazımdır, hərəkətləri yavaş sürətlə, ehtiyyatla yerinə yetirmək lazımdır. Hərəkət arasında yorulduqda, ara-bir dincələ bilərsiniz.
Hamilə vəziyyəti  yan tərəf üzərində uzanın, sağ əl tartılıb, sol sərbəstdir, sağ ayaq düz tartılıb, sol dizdə qatlanıb.
uşaq vəziyyəti (bu vəziyyət sinir siteminin sakitləşməsinə kömək edir, bu vəziyyətdə doğmaq, tutmaları keçirmək, güc vermək olar) dabanlarınız üstünə oturun, dizlərinizi mümkün qədər geniş açın, sanki əlləriniz üstünə yıxılın. Başınızı əllərinizin və ya döşəmənin üzərinə qoya bilərsiniz. Sağrı nahiyyəsi baş səviyyəsindən yuxarıdadır.
Kəpənək, bu hərəkət aralıq və budun daxili səthinin toxumalarını dartmaq, cırılmaların qarşısını almaq üçün vacibdir. Hərəkət zamanı onurğa sütunu düzdür, pəncə mümkün qədər aralığa yaxınlaşdırılır, dizlər mümkün qədər yanlara doğru açılır. Təsəffür edin ki, ayaqlarınız kəpənək qanadlarıdır, onları yelləməyə başlayın (hərəkət zamanı dizlərinizi döşəməyə çatdırmağa çalışın). Hərəkət zamanı ancaq budun içəri səthi gərgin olmalıdır. Özünüz isə tam sərbəst olun. Bu hərəkəti gündə bir neçə dəfə, hətta televizorun qarşısında oturarkən yerinə yetirə bilərsiniz.
Burulma , cinsiyyət, sidik  ifrazat və həzm sisteminin sağlamlaşdırılmasına xidmət edir (böyrək, mədəaltı vəz, qara ciyər, bağırsaqlar, dalaq, uşaqlıq). Onurğanı möhkəmləndirir. Çıxış vəziyyəti  ayaqüstədir, kürək nahiyyəsi düz tutulur, pəncələr bir-birinə paraleldir, onlar arasındakı məsafə çiyinlərdən bir az az olmaqla (bir köndələn pəncə qədər). Maksimal dərəcədə sola, sağa çevrilərək, əllər vasitəsilə dönüş tərəfə dartılırsınız.
Sağlam uşaqlıq sidik-cinsiyyət sisteminin sağlamlaşdırılmasına xidmət edir. Pəncələr 90 dərəcə qədər açılır, pəncə üzərinə oturursunuz. Dizləri mümkün qədər bir-birinə yaxın tutursunuz. Hərəkət 3 etapda yerinə yetirilir. 1-ci mərhələ  diz üstündə duraraq pəncələr kənara baxır, növbə ilə ağırlığınızı gah bu gah da o biri ayağınıza keçirməklə oturusunuz. 2-ci mərhələ  gövdəni bir tərəfə çevirirsiniz. 3 -cü mərhələ arxaya söykənin, ənsəyə dayayın, kürək nahiyyəsini qabardın, növbə ilə gah bu gah da digər çiyinə istinad edin.
Günəş onurğa sütünunu möhkəmləndirir, bütün orqanları sağlamlaşdırır. Çıxış vəziyyəti ayaq üstə. Dairəvi hərəkətlərlə onurğanın ayrı-ayrı şöbələrini yuxarıdan aşağı hərəkətə gətirməyə çalışın. Sonra hərəkəti aşağıdan yuxarı təkrar edin.
Karate ayaq əzələlərinin möhkəmlənməsinə və kiçik çanaq orqanlarının sağlamlaşdırılmasına xidmət edir. Çıxış vəziyyəti ayaq üstə. Pəncələr paraleldirlər, əllər sərbəstdir. Prucin kimi aşağı çöküb, sonra yuxarı qalxın, ən azı 3 dəfə təkrar edin.
Yarınqovaq körpəyə düzgün vəziyyət almağa kömək edir. Hamiləliyin son aylarında uşağın başı böyük olduğu üçün çanaq sümüklərinə təzyiq edir. Bud-çanaq oynaqlarında ağrı əmələ gəlir. Bu hərəkəti yerinə yetirdikdə dölün başı arxaya çəkilir və ağrı hissi azalır.
İnək  doğuş prosesində iştirak edən əzələləri möhkəmləndirir. Əgər hərəkət düzgün yerinə yetirilərsə, qadın döşlərində ağırlıq, sancma hiss etməlidir. Bu hərəkət Sizi ürək sıxıcı süd sağmadan azad edər, çünki bu məşğələdən sonra süd özü-özünə axmağa başlayır və döş vəzləri travma almır. Çıxış vəziyyəti  ayaqlar çiyindən geniş məsafəyə qoyulur. Önə əyilin və əllərinizi yerə qoyun. Bu vəziyyətdə dizlərinizi və qollarınızı bükmədən gəzin.

28 fevral 2009
GO BACK