Qadin.NET / Dölün inkişaf etapları

Dölün inkişaf etapları

Dölün inkişaf etapları

Hamiləliyin müddəti kimi, dölün də ikişaf etapları, 10 qəməri ayı (9 təqvim ayı və ya 40 həftə) ilə hesablanır. Qəməri ayı ilə hesablanan dölün inkişaf etaplarında (hər ayın sonu üçün) aşağıdakı dəyişikliklər baş verir.
1 - ci ay - Döl hələ çox kiçik olur. Onun uzunluğu 1 sm, çəkisi isə 1 qram olur.
2 - ci ay - Bu artıq balaca insandır və onun ağzını, burnunu, qulaqlarını seçmək olur. Uzunluğu 4 sm, çəkisi isə 4,5 qr. olur.
3 - cü ay - Bu müddətdə döl tez böyüyr, onu yaxşı görmək, hətta cinsini belə seçmək olar. Uzunluğu 9 sm, çəkisi isə 20 - 25 qr. olur.
4 - cü ay - Döl aktiv hərəkət edə bilir. Göz qapaqlarının, ovuclarının və pəncələrinin əzələ refleksləri, eləcə də udma refleksi formalaşır. Dölün uzunluğu 16 sm, çəkisi isə 75 - 100 qr. olur.
5 - ci ay - Birinci saçlar çıxır. Döl aktiv hərəkət edir, bunu bütün qadınlar hiss edir. Dölün uzunluğu 25 sm, çəkisi isə 250 - 300 qr. olur.
6 - cı ay - Dölün çəkisi ikiqat artır. Əgər indiyə kimi dölün başı bədənindən çox böyük idisə, indi onların fərqi azalır. Dölün uzunluğu 30 sm, çəkisi isə 600 - 650 qr.olur.
7 - ci ay - Doğulan uşaq normal inkişaf etdikdə və müasir təbabətin köməyi ilə sağ qala bilər. Onun dərisi quru və yığışmış, ağ ciyərləri zəif olur, bu da nəfəs almanı çətinləşdirir. Dölün uzunluğu 35 sm-ə çatır, çəkisi isə 1100 - 1200 qr. olur.
8 - ci ay - Döl çəkisini artırmaqda davam edir. Oğlanlarda yumurtacıqlar qarın boşluğundan xayalığa düşür. Dölün uzunluğu 40 sm, çəkisi isə 1500 - 1700 qr. - a çatır.
9 - cu ay - Dırnaqlar uzanır, başda saçlar daha sıx olur. Dölün uzunluğu 45 sm, çəkisi isə 2200 - 2600 qr. olur.
10 - cu ay - Döl artıq tam inkişaf etmiş olur. Onun uzunluğu 50 sm, çəkisi isə 3000 - 3500 qr. olur.
Əgər uşağın uzunluğu 48 - 52 sm, çəkisi isə 3000 - 3500 qramdırsa, hesab edilir ki, uşaq vaxtında doğulub. Bir qayda olaraq oğlanlar qızlardan daha ağır doğulur. Hər növbəti uşağın çəkisi adətən əvvəlkindən çox olur.
6 sentyabr 2010
GO BACK