Qadin.NET / Hamiləlik

Hamiləlik

Hamiləlik

Hamiləlik  qadın həyatında ən heyrətamiz və sirlərlə dolu bir dövrdür. Hamiləlik keçirən qadının daxili aləmində qadınlıq borcunu yerinə yeturməkdən irəli gələn sevinc və heyranlıq hissi, həyəcan, qorxu və yorğunluq hissi ilə qarışır. Təbiətin möhtəşəm sirlərindən biri  yeni insanın yaranması, haqlı olaraq, ən qüdrətli yaradıcılıq heab edilir. Bu təbiət hadisəsi bütün zamanlarda alımləri maraqlandırıb, şairlərin ilham mənbəyi olub, elmdən və incəsənətdən uzaq olanları isə sadəcə heyran edib.
Pafoslu sözləri bir kənara qoysaq, hamiləlik ağır və məsuliyyətli bir işə çevrilir. Hamiləlik zamanı yarana bilən problemləri, orqanizmdə nə? və nə üçün? baş verdiyini bildikdə bu işi layiqincə yerinə yetirmək asanlaşır. Təcrübə göstərir ki, hamilə qadınlar çoxlu suallar verirlər və bu sualların cavabları, onlarda hamiləliyi sona çatdırmaq üçün çox vacib olan mənəvi sakitlik yaradır.
Bizim məqsədimiz, əlbəttə ki, bütün sualları cavablandırmaq deyildir. Lakin burada yerləşdirdiyimiz informasiya da kifayətqədər maraqlı və lazımlıdır. Bunu, hamilə qadınlar arasında aparılmış işlər təsdiq etmişdir. Ümid edirik ki, bu informasiya Sizin orqanizminizin fizioloci yenidənqurmasına səbəb olan proses haqqında - hamiləlik haqqında daha çox məlumat əldə etməyə imkan verəcək. Bu isə öz rolunuzu daha yaxşı dərk etməkdə, vaxtında öz talehinizi və gələcək körpənizin talehini peşəkar mütəxəssislərə etibar etməkdə yardım edəcək. Bu mütəxəssislər hər zaman Sizin köməyinizə gəlməyə hazırdırlar. Onlar, Sizinlə bərabər addım addım körpənin inkişafına nəzarət edəcək və son nəticədə, daha bir təbiət əsərinin  cəmiyyətin yeni sağlam bir nümayəndəsinin dünyaya gəlməsinə kömək edəcəklər.

14 mart 2010
GO BACK