Qadin.NET / Bətninizdəki körpədən mesaj var

Bətninizdəki körpədən mesaj var

Hamiləliyin son 3 aylıq dövründə gün ərzində körpənizin hərəkətlərini izləmək və saymaq onun bətninizdə yaxşı olduğunu göstərməsi baxımından əhəmiyyətli ipucu verə bilər. 

 

Bəs körpənin hərəkətlərini nə zaman saymalıyıq? 

Bunun üçün ideal vaxt körpənizin çox aktiv olduğunu bildiyiniz günün eyni saatlarıdır. Bu zaman sayma əməliyyatı edə  bilərsiniz. Bu əməliyyatı yeməkdən sonra etmək daha məqsədəuyğundur. 28-30 həftədən əvvəl körpə hərəkətlərini saymağın heç bir mənası yoxdur. 

Körpənin hərəkətini saymağın müxtəlif üsulları vardır. Ən çox istifadə edilən üsul oturaq və ya sol yana yatmış vəziyyətdə hərəkətləri saymaqdır. Bədən hərəkəti, səyirmələr, təpik kimi bütün hiss edilə bilən hərəkətləri saymaq lazımdır. Əgər körpəniz bu şəkildə saatda 4-5 hərəkət edirsə və ya 2 saat ərzində fərq edə bildiyiniz hərəkət sayı 10-a yaxındırsa, demək heç bir problem yoxdur. Əgər körpənizin hərəkətləri sizə azalmış kimi görünürsə, qalxıb 5-10 dəqiqə gəzin, meyvə şirəsi için, şirniyyat və ya şokolad yeyin. Daha sonra 2-3 stəkan su üçün və yenidən yoxlayın. Əgər hərəkətlər hələ düzəlməyibsə, o zaman həkimə müraciət edin.

Xüsusilə hamiləliyin son dövrlərində körpənin hərəkətlənməsində diqqətəçarpan azalma hiss etsəniz və 2 saat ərzində hiss etdiyiniz hərəkət sayı 10-dan az olarsa, həkiminizə bu haqda məlumat verin. 

Körpənizin öyrəndiyiniz və alışdığınız hərəkət nizamında diqqətəçarpan bir dəyişmə yoxdursa, böyük ehtimalla körpənizin kefi yerindədir.

3 noyabr 2012
GO BACK