Qadin.NET / Doğum evinə getməyə hazırlaşanlar üçün

Doğum evinə getməyə hazırlaşanlar üçün

Doğum evinə getməyə hazırlaşanlar üçün

Respublikamızda çoxlu sayda doğum evi fəaliyyət göstərir.Əksəriyyəti də çox şükür dövlət hesabına yaxşıca təmir olunub,müassir avadanlıqlarla təmin olunub.Həkim kollektivi də kifayət qədər savadlıdır.Düzdü,bu sözü hamısına şamil etmək təəssüfki mümkün olmur.Amma qənaətbəxş hesab oluna bilər.
Bildiyimiz kimi Doğum Evləri əslində pulsuz xidmət göstərməlidi.Bu barədə Dövlət qərarı var.Amma bu qərara çox az hallarda riayət olunur.Doğum Evlərinin xidmətlərindən pulsuz istifadə etmək istəniz gərək biraz dilli-dilavər,bir balaca da pis çıxmasın hay-küyçü olmaq lazımdır.Təbii ki,bunu çox adam bacarmır.Bu səbəbdən də əllərimz gedir ciblərimizə....
Paytaxtımızda fəaliyyət göstərən Dogum Evlərinin birində dogumun qiyməti nə az ,nə çox 250 manatdır.Əgər həkimlə əvvəlcədən danışmiş olsanız yəni həkim sifarişlə gəlmiş olsa qiymət 3oo manata qalxır.Bu paytaxımızda fəaliyyət göstərilən Doğum Evləri arasında ən ucuz qiymətlisidir.Şəraiti qənaətbəxşdir.Xəsələrin palataları təmiz olur,gündə 3 dəfə normal yemək verilir.Doğum zamanı və sonrasında analar geyimlə və xüsüsi hazır bezlərlə təmin olunur.Uşaqlara baxım normaldır.Adətən qeyd etdiyimiz məbləğ doğuşu aparan həkimə verilir.O da öz növbəsində bunu fond, palata həkimi,uşaq həkimi,sanitarka və tibb bacıları arasında bölüşdürür.Amma bu məsələdə biraz diqqətli olmaq lazımdı.Bəzən həkim pulu göyürüb gedir,o birilərə heç nə vermir.Müxtəlif bəhanələr gətirir.Bu halda məcbur olub yenıdən bir o qədər məbləği xərcləməli olursunuz.
Yuxaıda qeyd etdiyim məbləgdən başqa üstünüzdə bir az da "şirinlik" pulu götürməlisiniz.Uşaga baxan dayələrə bir balaca "hörmət" edəndə körpənizə daha diqqərlə baxılır.Uşağın göbəyi düşəndə yaxşıca bir "muştuluq" verməlisiniz.
Dogum Evlərinin demək olarki hamısında eyni vəziyyət hökm sürür.Mərkəzdə yerləşənlərdə qiymət 400-500 manata çatır.
Əziz ana olmağa hazırlaşan xanımlarımız!Sizə və körpənizə saglamlıq arzulayıram.Biz tərəflədə deyirlər "Sağ-salamatlıqla yükünü yerə qoyasan"
ALLAH ruzinizə bol bərəkət versin,körpənızi və sizi hər bəladan qorusun!
27 iyul 2010
GO BACK