Qadin.NET / Hamilə qadınlara narın faydası

Hamilə qadınlara narın faydası


Güleyşə, vələs, qırmızıqabıq...

    Söhbətin yəqin ki, nədən getdiyini bildiniz. Bunlar Azərbaycanın məşhur nar sortlarıdır. Ata-babalarımız gözəl, min bir dərdin dərmanı olan narın dənələrini yaquta bənzədiblər. 

 

 

    Nar bir cox xəstəliklərin dərmanıdır. Həlimindən və şirəsindən mədə-bağırsaq pozulmalarını müalicə etmək üçün istifadə olunur.

 Gəlin görək yeyilməsi çətin olan bu meyvənin hamilə qadınlara xeyri nədir?

 

 

 

   Narın faydasını saymaqla bitməz. İstər dənəli şəkildə, istərsə də suyunu sıxaraq icmək hamilə qadınlar üçün cox xeyirlidi. Narda olan antioksigen maddə 10 stəkan yaşıl çayda, 4 stəkan zoğal suyunda olan maddəyə bərabərdir. Narın xeyri haqda bizlərə məlum olan aşağıdakı xüsusiyyətləri var:

      Təzyiqi müsbət şəkildə nizamlayır;

      Ürəyin normal işini gücləndirir;

      İnfeksiyalara qarşı bədəni gücləndirir və qoruyur;

      Sidikqovucu təsirə malikdir;

      Bədənin immunitetini gücləndirir;

      Xolestrol artımına mane olur;

      Bağırsaq pozulmalarında çox xeyirlidi;

      İshalın qarşısını alır, müalicəsinə kömək edir;

     Dərinin hamar görünüşünü təmin edir;

     Dəri infeksiyalarına qarşı cox faydalıdır.

 

 

   Əgər sağlam övlad dünyaya gətirmək istəyirsinizsə, əziz hamilə qadınlar, mütləq nardan faydalanmağınız gərəkdir. Sağlam övladlar bizim gələcəyimizdir.

Bunu heç vaxt unutmayın!

8 avqust 2012
GO BACK