Qadin.NET / Doğuşdan əvvəlki diaqnostika

Doğuşdan əvvəlki diaqnostika

Doğuşdan əvvəlki diaqnostika

Ultrasəs müayinəsi (USM)

 USM (skanlaşdırma)  uşaqlıq boşluğuna müdaxilə etmədən dölün vəziyyətini qiymətləndirmək üçün istifadə olunan bir üsuldur. Yəni  invazifdir. Buna görə də USM perinatal diaqnostika hesab oluna bilər.
Bu müayinəni aparmaq üçün hamilə qadının qarnının üstünə züsusi ötürücü (transdüser) yerləşdirilir, bu ötürücü yüksək tezlikli dalğalar ötürür. Bu dalqalar dölə çatır. Onun bədənindən əks olunur. Kompüter bu məlumatın üzərində işləyir və monitorda görüntülər formalaşır. Bu görüntü sonoqramma adlanır. Bəzən ötürücü uşaqlıq yoluna yerləşdirilir (çox vaxt hamiləliyin erkən dörlərində).
Təbii ki, xüsusi hazırlıq olmadan sonoqramda olan görüntüdən baş açmaq mümkün deyil. Lakin ixtisaslı həkim geniş imkanlara malik USM cihazından istifadə etməklə, bir çox incəlikləri, hətta dilin, qaşın hərəkətini də görə bilər. USM-nin dölə olan potensial zərəri, rentgen müayinəsindən müqayisəyəgəlməz dərəcədə azdır. Hər halda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri hamiləlik ərzində 4 dəfə USM-nin aparılmasını qəbul edir və buna icazə verir. Lakin tamamilə zərərsiz müayinə üsulu yoxdur, odur ki, USM - dən də hədsiz istifadə etmək olmaz.

 USM vasitəsilə aşağıdakılar təyin oluna bilər:

hamiləlik uşaqlıq daxili və ya uşaqlıq xaricidir;
uşaqlıqdakı dölün sayı;
dölün yaşı (hamiləlik müddəti) və inkişaf səviyyəsi;
nəzərəçarpan defektlər (inkişaf qüsurları);
dölün gəlişi;
dölün ürək döyüntüsünün xarakteri;
dölün cinsi;
ciftin yerləşməsi və vəziyyəti;
dölyanı suların vəziyyəti;
düşük təhlükəsi.

Doğuşdan əvvəlki diaqnostika

Bütün bu sualların cavabları dölün inkişafını qiymətləndirməyə və hamiləliyin perspektivliyini, həmçinin müalicə tədbirlərinin planlaşdırılmasına, doğuş taktikasının tərtib olunmasına imkan verir.
Standart USM hamiləliyin müxtəlif dövrlərində aparılır. Ilk kvartalda isə bu müayinələr hamiləliyi təsdiq etmək və onun xarakterini müəyyən etmək üçün, sonuncu kvartalda isə doğuş taktikasını müəyyən etmək üçün aparılır. Halbuki, bunsuz da keçinmək olar.
Yadda saxlayın ki, keçilməsi mütləq olan USM 15-18 həftələrin arasında aparılmalıdır. Əgər bu dördə dölün inkişafında hər hansı bir qüsur aşkar olunarsa, müayinə 22-23 həfətədə təkrar olunmalıdır. Bu müayinə tibbi genetik məsləhətxanada aparılır. Əlavə USM-nə ehtiyac olarsa, buna həkim qərar verir. Görüntülərin dəqiq olması üçün, hamilə qadın müayinədən 1 saat əvvəl 1,5 l maye qəbul etməlidir və müayinə bitənə qədər sidiyə getməməlidir. USM 15-20 dəq. davam edən ağrısız müayinədir. USM-nin imkanları hüdudsuz deyil. lakin praktiki olaraq ziyan vurmadan bu üsul həkimə və ailə üzvlərinə çox böyük kömək göstərir.

Ananın zərdab faktorlarının skrininqi (AZFS)

Bu, doğuşdan əvvəlki diaqnostikanın qeyri-invazif üsulu olub, dölün bir sıra ağır xəstəliklərini aşkar edir. Digər ölkələrdə bu üsulu çox vaxt üçlü  test adlandırırlar. Çünki, bu müayinə zamanı hamilə qadının qanında olan üç maddə müayinə olunur: alfa-fetoprotein (AFP), xorion qonadotropini (XQ), konyuqasiya olunmamış estriol (KOE).
AFP dölün qara ciyərinin ifraz etdiyi maddədir və plasenta vasitəsilə ananın qanına düşür. Əgər döldə bəzi ağır inkişaf qüsurları (kəllə-beyin və onurğa beyin yırtıqları, qarnın ön divarının qapanması və s.) varsa, analiz AFP -nin miqdarının kəskin artmasını göstəir. Əksinə, Daun sindromu zamanı, AFP miqdarı kəskin enir.
Daun sindromunun aşkar olunmasına hamilə qadının qanında XQ və KOE təyin olunması köməklik göstərir. Bəzən üçlü testə əlavələr olunur. Ananın qanında neytrofil qələvi fosfatazası (NQF) təyin olunur. Döldə Daun sindromu təyin olunursa, bu faktorun səviyyəsi sağlam döldə olduğundan yüksək olur.
Müayinə üçün qan dirsək venasından götürülür: qan 15 həftədə və 1-3 həftə sonra 20-ci həftədən gec olmayaraq götürülür.
Analizlərin nəticəsinə bir sıra faktorlar təsir edə bilər: əkiz hamiləlik, qadın orqanizminin xüsusiyyətləri, mamalıq problemləri. Ona görə də analizlərin cavabını ancaq həkim oxumalıdır və hər bir hal üçün lazımi düzəlişlər etməlidir. Bütün şübhəli hallarda əlavə müayinələr  USM, amniosentez, plasentosentez və ya kordosentez.
Inkişaf etmiş ölkələrdə, həmçinin Rusiyada bütün hamiləqadınlar bu tesdən keçirlər. Onun effektliyi oluqca böyükdür: 15-22 həftəlik hamiləlik zamanı 70% hallarda Daun sindromu və sinir borusunun bağlanma defektləri aşkar edilir.

Son aylarda yaranan fiziki narahatliqlar

Hamiləliyin son ayları emosional dəyişgənliklə yanaşı, həmçinin bir sıra fiziki narahatlıqlarla da müşayət olunur. Bizim üçün kiçik narahatlıqlar olan bu hallar hamilə qadın üçün əziyyətə cevrilir.
Onu bel nahiyyəsində ağrılar, həzmin və yuxunun pozulması narahat edir. Bel ağrıları bəzən elə kəskin olur ki, onun kənar köməyə ehtiyacı olur. Həzmin pozulması qəbul edilmiş qidadan asılı olmayaraq baş verir. Yuxunun pozulması əsasən çarpayıda rahat vəziyyətin alınmaması ilə də əlaqədardır. Təbii ki, gələcək körpənizin də təpikləri sizi rahat buraxmır. Siz bütün yastıqları belə ətrafınıza yerləşdirsəniz, rahatlıq tapa bilmirsiniz. Nəticədə həyat yoldaşınız yastıqsız qalır. Artıq yuxusuzluq sizin adi halınıza çevrilmişdir!
Daha az müzakirə olunan, lakin müəyyən narahatlıq yaradan problemlərdən biri də meteorizmdir (köp). Bəzən köpün xaric olması qeyri-iradi baş verərək, hamilə qadını pis vəziyyətə qoya bilər. Qəbizliyin qarşısını almaq məqsədi ilə yediyiniz gara gavalı qurusu köpün əmələ gəlməsinə səbəb ola bilər.
Hamiləliyin son aylarında çanaq əzələlərini idarə etmək çətin olduğu üçün, bəzən asqırma və ya öskürmə zamanı təzyiq nəticəsində ola bilər ki, az miqdarda sidik ifraz olunsun. Bunun nəticəsində hamilə qadın bir müddət islaq alt paltarında qaldığı üçün diskomfort hissi keçirir.
Belə nəm narahatlıqları hamiləliyin son aylarında daha da güclənən uşaqlıq ifrazatı da yarada bilər.

Son həftələrdə dizlərinizin üstənə heç nə qoya bilmirsiniz, hətta evdə olan ilk uşağınızı belə qucağınızda oturda bilmirsiniz və bu sizi narahat edir. Nədənsə, məhz bu dövrdə dizləriniz sizə çox gərəkirmiş kimi gəlir.
Hətta, sadəcə olaraq oturmaq belə sizə üçün çətin olur. Bəzən dizlərinizi tərpədə bilmirsiniz, bir ayağınızı o birinin üzərinə qoymağa cəhd etməyin, alınmayacaq. Ümumiyyətlə, bunu bütün hamiləlik boyunca etməsəniz, daha yaxşı olar, çünki bu , venaların varikoz genəlməsinə səbəb ola bilər. Oturuşunuzun estetik baxımdan gözəl olmaması, qoy sizi narahat etməsin. Bütün bunlar hamısı gələcək balanın naminədir. 

Doğuşdan əvvəlki diaqnostika

Son dövrlərdə sükan arxasına keçmək gün-gündən çətinləşir, avtomobili idarə etmək isə mümkün olmur. Hətta avtomobilə minmək və ondan düşmək belə ağılagəlməz çətinliklərlə bağlı olur.
Sizin qarnınız demək olar ki, hər gün söhbət üçün bir mövzuya çevrilir. Adama elə gəlir ki, hər bir kəsin diqqəti məhz buna cəlb olunub. Həmçinin, məkan daxilində hərəkət koordinasiyası da pozulur. Bəzən Sizə hərəkət etmək üçün lazım olan ərazini düzgün hesablaya bilmədiyiniz hallarda, toqquşmalar baş verir və yenə də Sizin qarnınızın ölçülərini müzakirə etmək üçün bir səbəb yaranır.
Ayaq barmaqlarınızın ucları əlçatmaz olur, corab, ayaqqabı geyinmək, ayaq dırnaqlarını kəsmək böyük bir problemə çevrilir. Hər bir, hətta kiçik fiziki gərginlik belə təngnəfəsliklə müsayət olunur.
Vəziyyətinizi dəyişmək üçün mütləq kənardan kömək istəməli olursunuz. Bəzən heç kəs olmadıqda özünüz də gözləmədiyiniz manevrlərlə yerinizi dəyişməyə cəhd edirsiniz. Çünki, məcbursunuz. Bu məcburiyyət ayaq yoluna getmək istəyinə görə yaranır. Bu qədər əziyyətlərdən sonra ayağa durub ayaq yoluna çatdığınızda çox təəccüblənəcəksiniz, çünki, ifraz etdiyiniz sidiyin miqarı gözlədiyinizdən çox az olacaq. Amma Sizə elə gəlirdi ki, bu dəqiqə sidik kisəniz partlayacaq?!
Butun bunlar dölün cəkisinin artması və bu çəkinin daxili orqanlara göstərdiyi təzyiqin nəticələridir. Bundan başqa, qasıq nahiyyəsində küt ağrılar, damarların sıxılması nəticəsində varikoz və hemarroidal genəlmələr də bu səbəbdən meydana çıxır.
Çalışın bütün bu narahatlıqları zarafatyana qəbul edin. Çünki, bir azdan bütün geridə buraxdığınız acılı  ağrılı gunlər, əziyyətlər, narahatlıqlar birləşərək, hər bir əziyyəti yoxa endirən ən sevincli bir hissə - körpəni dünyaya gətirmək istəyinə çevriləcək.

24 mart 2016
GO BACK