Qadin.NET / Hamiləlikdə üzmə

Hamiləlikdə üzmə

Hamiləlikdə üzmə

 

Hamiləlik vaxtı üzmək  qol, qıç və qarın əzələlərini işlədir. Ürəyin sürəti və alınan oksigenin miqdarını artırır və bu şəkildə körpəyə gedən oksigen miqdarı da çoxalır. Hamiləykən edilə biləcək ən yaxşı idmanın üzmə olmasının bir səbəbi də hər hansı bir yaralanma riskinin olmamasıdır. Başqa bir üstünlüyü də qadının özünü yüngül hiss etməsidir. Bu vəziyyət hamiləliyin son dövrlərində olan qadınlar üçün psixoloji baxımdan da müsbət bir təsir göstərir. Üzmə su içərisində edilən  bir idman olduğu üçün bədənin çox istilənməməsini və tərləməməsini təmin edir.


Hamiləlik zamanı üzən qadınların daha az yorğunluq hiss etdikləri, daha rahat yatdıqları və hamiləliyin gətirdiyi fiziki və ruhi stresslərin öhdəsindən daha yaxşı gəldikləri müşahidə edilmişdir.

Üzmə qarın əzələlərini işlətdir və doğumu asanlaşdırır. Həkimlər özəl bir vəziyyət olmadığı təqdirdə gələcək anaların bol- bol üzmələrini təklif edirlər. Hamilələrin çox sıx olmayan çimərlik geyimi ilə sərbəst və kürəküstü formalarda üzməsi həm ananı, həm də körpəni rahatlaşdıracaq və qarın əzələlərinin hərəkətinə kömək edəcək.

23 fevral 2012
GO BACK