Qadin.NET / Suda doğuşun riskləri

Suda doğuşun riskləri

 

 
Doğuş mövzusunda ən çox verilən suallar doğuş vəziyyətinin ana və uşaq üzərində təsirləri mövzusunda olur. Xüsusilə doğuş ağrısı mövzusundakı qorxular bəzi xəstələri qeysəriyyə ilə doğuşa yönəldir. Normal doğuş mövzusunda qərarlı olan xəstələr isə xüsusilə doğuş zamanı çəkilən ağrılar və ağrısız doğuşla əlaqədar suallarla üzləşir. Doğuş zamanı ağrıların azaldılması mövzusu ilə birlikdə alternativ doğuş üsulları və bu vaxt su altında doğuşla əlaqədar suallarla da olduqca sıx rastlanır.



Suda doğuşla əlaqədar sualların yaranması daha çox bu mövzu ilə əlaqədar kifayət qədər məlumatın olmaması ilə əlaqədardır. Körpənin ana bətnində su içində yaşadığı və bu səbəblə suda doğulmasının da daha fizioloji olacağı düşünülməkdədir. Suda doğuş ilk dəfə 1805-ci ildə Fransada həyata keçirilsə də, bu günə qədər bu yöndə ciddi işlər görülməmişdir. 1985-1999-cu illər ərzində su altında cəmi 150.000 uşaq dünyaya gətirildiyi təxmin edilir.

 


     Bu yöndə görülən işlər araşdırıldığı zaman su altında doğuşun körpə üçün bir çox riskləri olduğu məlum olub. Xüsusilə demək lazımdır ki, suda doğuş körpə üçün üstünlük təşkil etmir. Yəni suda doğuş körpə üçün deyil, daha çox ana üçün daha üstün cəhət kimi görülməkdədir.
3 may 2012
GO BACK