Qadin.NET / Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət

Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət

Ağırlıq qaldırma

Fintess və idman aşiqi ola bilərsiniz. Hamiləlik dövründə idmana ağırlıq olmadan davam etməlisiniz. Bu dövrdə ağırlıq qaldırma kürəyiniə və çanağınıza ağırlıq salacaq. Evdə belə ağır əşyaları daşımaqdan qaçın.

Sauna

Sauna rahatlatmaq üçün əladır. Stressi azaltmağa kömək edir. Ancaq hamiləlikdə bu qədər yüksək istiliyə məruz qalmaq zərərlidir.

Qaçmaq
Həyatınız boyunca qaçışa çıxmısınızsa, həkimin razılığı ilə hamiləlik ərzində bu fəaliyyətə davam edə bilərsiniz. Amma hamiləlik dövründə qaçışa yeni başlamaq tövsiyə edilmir. Daha yaxşı alternativ yerimək ola bilər.

Velosiped

Velosipedə minmək, hamilə analar üçün tamamilə pis fikirdir. Təcrübəsi olanlar üçün belə, tövsiyə edilmir. Yerimək çətinləşdiyi halda velosiped sürmək tövsiyə edilmir. 

19 sentyabr 2020
GO BACK